Əsas Səhifə > Sosial, Manşet > KAFE SAHİBİ VƏTƏNDAŞIN HAQQINI YEYİR

KAFE SAHİBİ VƏTƏNDAŞIN HAQQINI YEYİR


20-02-2013, 13:37
KAFE SAHİBİ VƏTƏNDAŞIN HAQQINI YEYİR
NARAZI VƏTƏNDAŞ “İLKİN” KAFESİ SAHİBİN ÖZBAŞINALIĞINDAN ŞİKAYƏT EDİR

DİA.AZ: - Redaksiyamıza Hüseynova Gülnaz Ağababa qızı tərəfindən şikayət məktubu daxil olub. Bildirək ki, torpağının qanunsuz olaraq zəbt olunmasından və artıq bu səbəbdən məhkəmə qapılarında qalmasından giley-güzar edən vətəndaş haqqlarının bərpası məqsədilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına müraciət edərək Səbayel rayon məhkəməsinin 25 dekabr 2012-ci il tarixli 2(009)-2477 saylı qətnaməsinin ləğv edilməsini də tələb edib.

DİA.AZ-a daxil olan şikayət məktubunda deyilir: “Mən cavabdeh “İlkin” kafesinə qarşı zəbt edilmiş torpaq sahəsindən çıxarılma və dəymiş maddi ziyanın ödənilməsi tələbinə dair məhkəməyə ilkin iddia ərizəsi ilə müraciət edərək, iddia tələbimi onunla əsaslandırmışdım ki, 11 dekabr 2001-ci il tarixdən Bakı şəhəri, Səlyan şossesi, 32 ünvanda bir mərtəbəli 24,2 kv.m. qeyri-yaşayış sahəsini özəlləşdirmişəm. Həmin qeyri-yaşayış sahəsi və onun ətrafında olan 10 sot torpaq sahəsi 1998-ci ildən mənim istifadəmdə olmuşdur. Həmin ərazi Bakı şəhəri Yaşıllaşdırma İdarəsinin balansında olmaqla, torpaq sahəsinin özəlləşdirilməsinə dair 02 yanvar 2001-ci il tarixdə Yaşıllaşdırma Müəssisələri Baş İstehsalat İdarəsi tərəfindən həmin torpaq sahəsini mənim adıma özəlləşdirilməsinə dair məktubla Bakı şəhəri, Səbail rayon İcra Hakimiyyətinə müraciət etçişdir.

2012-ci ilin avqust ayının sonlarında “İlkin” kafesinin sahibkarı qanunsuz olaraq mənə məxsus torpaq sahəsini zəbt etmiş, daşdan hörülmüş divarı sökmüşdür və bunun nəticəsində mənə 18 000 (on səkkiz min) manat məbləğində maddi ziyan vurmuşdur.

Məhkəmə prossesində cavabdeh tərəf qarşılıqlı iddia ilə çıxış edərək güya ki, mənim iddiam əsassız olduğundan ona maddi və mənəvi ziyan vurmuşam və bu səbəbdən 3 000 (üç min) manat pul ödəməliyəm.

Məhkəmə öz aləmində güya ki, balanslı siyasət yeridərək ilkin və qarşılıqlı iddianının rədd edilməsinə dair qətnamə çıxarmışdır.

Bakı şəhəri, Səbail rayon Məhkəməsi qətnamə qəbul edərkən maddi və prossesual hüquq normalarını ciddi şəkildə pozaraq qətnamə çıxarmışdır.

Hesab edirəm ki, Bakı şəhəri, Səbail rayon Məhkəməsinin (hakim K.Əmirxanova) 25 dekabr 2012-ci il tarixli 2(009)-2477 saylı qətnaməsi ləğv edilməli və ilkin iddianın təmin edilməsinə dair iş üzrə yeni qətnamə qəbul edilməlidir.

Belə ki, mən iddia ərizəsini məhkəməyə təqdim edərkən Səbail rayon İH başçısını Bibiheybət qəsəbəsi üzrə icra nümayəndəsinin həmin sahəni “İlkin” kafesinin sahibkarları tərəfindən zəbt olunması və qanunsuz tikili aparılması aşkar edilmiş və bu barədə mənim İcar Hakimiyyəti başçısına yazdığım məktubda göstərdiyim faktlar sübut olunmasına dair mənə cavablandırdıqları məktubdandan görünür. Lakin, hakim əziyyət çəkib həmin məktubu oxumamışdır. Oxusaydı bu məktub barəsində öz qanunsuz qətnaməsində heç olmasa söz salardı.

Daha sonra bildirirəm ki, mən iddia ərizəsinə 8-ci Polis Bölməsi tərəfindən mənə ünvanlanmış məktubuda əlavə eləmişəm və həmin məktubdada göstərilib ki, “İlkin” kafesi tərəfindən mənim istifadəmdə olan torpaq sahəsi zəbt edilmiş, daş hasar sökülmüşdür və bu barədə mülki icraat qaydasında məhkəməyə müraciət etməyim tövsiyə olunmuşdur.

İş üzrə hakim yerli baxış keçirmiş və orada aparılmış söküntü işlərini, ilkin iddia üzrə cavabdeh tərəfində mənə aid torpaq sahəsi üzərində torpaq işlərinin aparılmasını görmüşdür. Lakin gözəgörünməzin müdaxiləsi nəticəsində gördüklərini yerli baxış haqqında protokola köşürə bilməmişdir. Və o protokolda yazmadıqlarını qətnaməyə də yazmamışdır.

Hakim iş üzrə ifadə vermiş şahidlərin ifadələrini saxtalaşdırmaqdan belə çəkinməmişdir. Heç bir şahid daş hasarın “Min Bir Gecə” restoranına perpendikulyar olmasını göstərməmişdir. Lakin, hakim yenə də o gözəgörünməzin sayəsi nəticəsində sökülmüş daş hasarın tikintisində iştirak etmiş ustanın ifadəsini də dəyişdirməkdən çəkinməmişdir.

Ümumiyyətlə qətnamənin hər bir abzası cavabdeh tərəfin mənafeinə xidmət edən söz yığınından ibarətdir. Qətnaməyə əsasən adamda belə təsəvvür yaranır ki, hakim “İlkin” kafesinin vəkili və nümayəndəsi rolunda həmin prossesdə iştirak edib.

Vaxtınızı alıb qanunvericilikdən çıxarışları apellyasiya şikayətinə doldurmaq istəmirəm. İş materiallarıynan tanış olduğunuzda buna siz də əmin olacaqsız”.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt