Əsas Səhifə > Güney Press, Araşdırma > RÖVNƏQ ABDULLAYEVİN TÜRKİYƏ PLANLARI

RÖVNƏQ ABDULLAYEVİN TÜRKİYƏ PLANLARI


20-02-2013, 13:46
RÖVNƏQ ABDULLAYEVİN TÜRKİYƏ PLANLARI
ARDNŞ BİZNESİNİ GENİŞLƏNDİRİR

Azərbaycan Dövlət Neft Şirkəti məşhur yerli biznesmeni Türkiyədə öz biznes əməliyyatlarının genişləndirilməsi layihələrinə cəlb edir. Bu barədə Hürriyet-ə müsahibəsində SOCAR Turkey Enerji (ARDNŞ törəməsi) rəhbəri Kənan Yavuz bildirib.

Onun sözlərinə görə, SOCAR Turkey Gaz Dağıtım və SOCAR Turkey Petrol Enerji Dagıtım (neft məhsulları - dizel yanacağı, benzin, mazut paylayır, SOCAR Power Enerji Yatırımları (elektrik enerjisi istehsalı) türkiyəli biznesmen, Ramsey şirkətinin sahibi Rəmzi Gürlə birgə yaradılıb və bir-birindən asılı deyil.

Yavuz izah edib ki, bu şirkətlər 2016-cı ildə İzmirdə SOCAR Star NEZ-in istismara veriləcəyi ilə bağlı yaradılıb. Star NEZ-in istismara verilməsi ilə eyni vaxtda onun yanında 612 MVt gücündə İES istismara veriləcək. “Ona görə SOCAR Power Enerji Yatırımları elektrik enerjisi istehsalı ilə məşğul olacaq”, - deyə ARDNŞ təmsilçisi bildirib.

Qeyd edək ki, İzmirdə İES layihəsi üçün ümumi investisiyalar $1 mlrd qiymətləndirilir.

SOCAR Turkey Petrol Enerji Dagıtım distribütor şirkəti 10 yanvar 2013-cü ildə Türkiyənin enerji bazarının tənzimlənməsi idarəsindən 10 yanvar 2028-ci ilə kimi lisenziya alıb.

Hürriyet müxbiri ilə söhbətində Rəmzi Gür ARDNŞ ilə tərəfdaşlığını təsdiqləməyib. O deyib ki, “geotermal energetikaya kapital qoyub”.

Geri qayıt