Əsas Səhifə > Partiya > BAŞQANDAN OĞLU BARƏDƏ SƏMİMİ SÖZLƏR

BAŞQANDAN OĞLU BARƏDƏ SƏMİMİ SÖZLƏR


20-02-2013, 14:21
BAŞQANDAN OĞLU BARƏDƏ SƏMİMİ SÖZLƏR
"MƏN OĞLUMLA FƏXR EDİRƏM"

Xəbər verdiyimiz kimi, “Əsgər ölümünə son!” və “İsmayıllıya dəstək” aksiyalaırnda cərimələnən Müsavat başqanı İsa Qəmbərin oğlu Turqut Qəmbərin yaşadığı mənzilə dünən məhkəmə icraçıları gələrək, bəzi ev əşylarını siyahıya alıblar.

Evində axtarış aparılmasına baxmayaraq, Müsavat başqanı oğlu Turqut Qəmbərlə qürur duyduğunu bildirib. Modern.az-ın məlumatına görə, İsa Qəmbər öz facebook səhifəsində oğlu ilə fəxr etdiyini yazıb. “Mən oğlumla, onun mübariz dostlarıyla fəxr edirəm!”-deyə İsa Qəmbər bildirib.
Qeyd edək ki, ötən gün məhkəmənin qərarı ilə 12 yanvar və 26 yanvar aksiyalaırnda cərimələnən Turqut Qəmbərin yaşadığı mənzil gələn məhkəmə icraçıları potensial müsadirə əşyaları kimi bunları qeydə alıblar: 2 ədəd müxtəlif markalı televizor, 1 ədəd portativ kompüter, 1 ədəd musiqi mərkəzi, 1 ədəd kondisioner, 1 ədəd çilçıraq və 1 ədəd xalça.

Geri qayıt