Əsas Səhifə > Sosial, Manşet > GÜLƏR ƏHMƏDOVANIN EVİ NİYƏ ARANDI?
GÜLƏR ƏHMƏDOVANIN EVİ NİYƏ ARANDI?21-02-2013, 11:12 |
KEÇMİŞ DEPUTATIN ƏLİNDƏKİ «FAKTLARIN» İCTİMAİLƏŞMƏSİ GÖZLƏNİLİR DİA.AZ: - Keçmiş YAP-çı deputat Gülər Əhmədova hələ həbs edilməmişdən əvvəl yerli mətbuatda belə bir xəbər yayılmışdı ki, onun əlində çox ciddi faktlar, dəlillər var və həmin sənədləri bir neçə ölkədə yerləşdirən Gülər Əhmədova bu yolla özünü həbsdən və yaxud da hər hansı təhlükədən sığortalayır. Amma sonradan Gülər Əhmədova həbs olundu, amma heç bir hadisə baş vermədi. O zaman ortaya belə bir sual çıxır: Gülər Əhmədova nəyi gözləyir? Təbii ki, belə bir şantaj xarakterli sənədlərin Gülər Əhmədovanın əlində olması ehtimalı olduqca yüksəkdir. Elə buna görədir ki, onu həbs ediblər. Bu sözləri DİA.AZ-a bildirən Nazirlər Kabinetindəki etibarlı mənbəmiz onu da əlavə etdi ki, əslində keçmiş deputatın bəlkə də həyatda qalmasının yeganə nədəni məhz həmin sənədlərdir: «Yoxsa onu da aradan götürərdilər. Gülər Əhmədova sadə bir şantaja keçid etdi, onu həbs etdilər. Düşündülər ki, artıq o danışmağa başlayıb. Xatırlayın, Gülər Əhmədova özünün qanında erməni qarışığının olduğunu etiraf edərkən, vəzifə başında oturub Bakıda 20 Yanvar qırğınını törədən ruslarla qohumluq əlaqələri olan məmurlara da söz atdı ki, bu da onun həbsinəd nədən oldu». Mənbəmiz bu zaman maraqlı bir iddianı da ortaya qoydu: «Gülər Əhmədovanın evində aparılan axtarış da bununla əlaqədardır. Onun əlindəki sənədlər, faktlar axtarılır. Yəni bu yöndə araşdırma aparılır. Və düşünülür ki, Gülər Əhmədova həmin faktları açıqlamağa hazırlaşır». Geri qayıt |