Əsas Səhifə > Güney Press, Araşdırma > HƏBSƏ DÜŞƏN MƏMURLAR NİYƏ XƏSTƏLƏNİR?

HƏBSƏ DÜŞƏN MƏMURLAR NİYƏ XƏSTƏLƏNİR?


21-02-2013, 11:20
HƏBSƏ DÜŞƏN MƏMURLAR NİYƏ XƏSTƏLƏNİR?
BƏZİLƏRİ ƏVVƏLDƏN DƏ XƏSTƏ OLUB

Azərbaycan daima yüksək çinli rəsmilər və məmurlar həbs edildikdən sonra bəlli olur ki, adı çəkilən şəxslərin sağlamlıqlarında müəyyən problemlər var imiş. Bunu Fərhad Əliyevin, Əli İnsanovun, Hacı Məmmədovun və nəhayət Gülər Əhmədovanın həbsindən sonra bir daha müşahidə etdik. Belə ki, adı çəkilən şəxslərin vəkilləri mütəmadi olaraq müvəkkillərinin müxtəlif xəstəlikdən əziyyət çəkməsi ilə bağlı mətbuata açıqlama veriblər. Lakin hamı üçün maraqlıdır ki, bu qorxunun yaratdığı xəstəlikdir, yoxsa müdafiə tərəfinin cəzadan yaxa qurtarmaq üçün ortaya atdığı bir məsələdir?

Mövzu ilə bağlı FaktXeber.com-a açıqlama verən müstəqil ekspert, tibb elmləri doktoru, professor Adil Qeybulla qeyd etdi ki, həbs edilən məmurların bəzilərinin qabaqcadan xəstə olması xəbəri doğrudur:

“Məndə olan məlumata görə, bəzi məmurların həbs edilməmişdən qabaq sağlamlıqları ilə bağlı şikayətləri olub. Onlar həmişə həkim nəzarəti altında olublar. Sadəcə həmin məmurlar hakimiyyətdə olanda bu məsələni o qədər də birüzə verməyiblər. Lakin həbsxana həyatı bu xəstəliklərin daha da güclənməsinə gətirib çıxarıb. Eyni halda bu məsələlərdən istifadə edərək cəzalarını yüngülləşdirmək istəyirlər."

Geri qayıt