Əsas Səhifə > Dünya > GÜRCÜ “MOLLASI” İRƏVANA GETMƏYƏCƏK

GÜRCÜ “MOLLASI” İRƏVANA GETMƏYƏCƏK


26-11-2011, 10:33
GÜRCÜ “MOLLASI” İRƏVANA GETMƏYƏCƏK

ALLAHŞÜKÜR PAŞAZADƏ İSƏ GEDƏCƏK

Bütün Gürcüstanın katolikos-patriarxı II İlya çox güman ki, Cənubi Qafqaz ölkələri dini liderlərinin İrəvanda keçiriləcək görüşündə iştirak edə bilməyəcək.

APA-nın məlumatına görə, bu barədə patriarxın müşaviri, beynəlxalq məsələlər üzrə ekspert Zurab Abaşidze bildirib.

“Mənim bildiyimə görə, patriarx həmin görüşdə iştirak edə bilməyəcək”, - deyə Z. Abaşidze bəyan edib.

Qeyd edək ki, noyabrın 28-29-da İrəvanda MDB Dinlərarası Şurası Rəyasət Heyətinin toplantısı keçiriləcək. Toplantıya ənənəvi dinlərin (İslam, xristian, iudaizm, buddizm) liderləri və nümayəndələri qatılacaq. Görüşdə Moskva və bütün rusların patriarxı Kiril və bütün ermənilərin katolikosu II Qaregin də iştirak edəcək.

Ermənilərin dini mərkəzi olan Eçmiədzinin mətbuat xidməti toplantıda II İlya ilə yanaşı, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin də iştirakının gözlənildiyini açıqlayıb. Lakin A. Paşazadə toplantıya qatılacağını hələlik təsdiqləməyib.


Geri qayıt