Əsas Səhifə > Güney Press, Üçüncü sektor > AĞCABƏDİDƏN BAKIYA YÜRÜŞ OLA BİLƏR

AĞCABƏDİDƏN BAKIYA YÜRÜŞ OLA BİLƏR


22-02-2013, 10:10
AĞCABƏDİDƏN BAKIYA YÜRÜŞ OLA BİLƏR
SAKİNLƏR BAŞ HƏKİMDƏN GİLEY-GÜZAR EDİRLƏR

Ötən yazılarımızda Ağcabədi rayon Mərkəzi Xəstəxanasında vəziyyətin bərbad olması haqda yazmışdıq.Qanunla dövlət xəstəxanaları pulsuz olmalı ikən Ağcabədidə xəstəxana özəl xəstəxana tək tam pulludur.Əməkdaşlarımız bununla bağlı baş həkim Novruz Abbasovla əlaqə saxlayıb ,onun buna münasibətini öyrənmişdi. Baş həkim deyilənləri təkzib etmiş və şayə adlandırmışdır.Lakin bu yaxınlarda əməkdaşımız xəstəxanada rüşvətin tuğyan etməsi ilə bağlı yeni faktlar əldə etmişdir. 2-ci qrup əlil Yuxarı Afşar kənd sakini İmanquliyev Bakir Bölgəxeber.com-a bildirmişdir ki, xəstəxanada vəziyyət cox acınacaqlıdır. O, bu yaxılarda bağırsağından əməliyyat olunaraq 10 gün Ağcabədi rayon Mərkəzi Xəstəxanasında müalicə olunmuşdur.Ancaq xəstəxana dövlət xəstəxanası ola-ola baş həkim Novruz Abbasov böyük miqdarda pul tələb etmişdir. Buna maddi imkanı çatmadığını deyən İmanquliyev Bakir etirazını bildirəndə ki, “bura axı dövlət xəstəxanasıdır, niyə burada müayinə pullu olmalıdır və o bu barədə 161 nömrəli qaynar xəttə zəng edib şikayət edəcəyini bildirəndə ”,-cavabında baş həkim kobud surətdə bildirmişdir ki, “burada qaydanı qoyan odur. Və xəstəxana da onun şəxsi xəstəxanasıdır,xoşun gəlmir başqa xəstəxanaya get!” İmanquliyev Bakir şikayət edəcəyini bildirəndə isə baş həkim cavabında əsabləşərək deyib ki,” hara istəyirsən get şikayət et. Mən bu vəzifəyə pul verib gəlmişəm havayı gəlməmişəm, arxamda da duran adamım var.” Baş həkimin danışığından belə qənaətə gəlmək olar ki, onun arxasında ya Ağcabədi rayon icra hakimi Şahin Məmmədov, ya da Səhiyyə Nazirliyində yüksək vəzifə tutan məmur durur. Əks halda baş həkim belə arxayıncasına danışmazdı. Rayonun Səhiyyə Şöbəsində mövcud olan özbaşnalıqlardan boğaza yığılan sakinlər buna etiraz olaraq bu yaxınlarda Prezident Aparatına yürüş etmək fikrindədirlər.Çünki rayonun məmurları prezident İlham Əliyevin məmurlarla bağlı göstərişinə məhəl qoymur,prezidentin çıxışından düzgün nəticə çıxarmır,Vətəndaşa yuxardan aşağı baxırlar. Bu məsələ ilə bağlı araşdırmasını davam etdirir.

Mövzuya qayıdacağıq.

Geri qayıt