Əsas Səhifə > Güney Press, Araşdırma > RASİM İLDIRIMZADƏ SON MƏLUMATLARDAN DANIŞDI

RASİM İLDIRIMZADƏ SON MƏLUMATLARDAN DANIŞDI


22-02-2013, 12:07
RASİM İLDIRIMZADƏ SON MƏLUMATLARDAN DANIŞDI
"İŞDƏYƏM, ÖZ İŞİMLƏ MƏŞĞULAM"

Azərbaycan Beynəlxalq Universitetinin (ABU) sabiq rektoru Elşad Abdullayevin yaydığı sonuncu videoda görüntülənən Hava Nəqliyyatında Polis İdarəsinin rəis müavini, polis polkovniki Rasim İldırımzadə vəzifəsinin icrasını davam etdirir. Lent.az-a açıqlama verən R.İldırımzadə bildirib ki, öz işini davam etdirir: “İşdəyəm, işlərimlə məşğulam” deyən polis polkovniki haqqında KİV-də yayılan müxtəlif məlumatlara münasibət bildirmək istəməyib.

Qeyd edək ki, “aznews.az” saytı videoda görüntülən R.İldırımzadənin ifadəsinin alınması üçün prokurorluğa çağırıldığını yazıb. Sayta qeyd olunub ki, Rasim İldırmzadə videoda səsləndirdiyi fikirlər, qeyd olunan cinayətlə nə dərəcədə əlaqədə olması ilə bağlı bu gün saat 12-də ifadə verəcək. Digər məlumata görə isə Rasim İldırımzadə prokurorluqda daha əvvəl dindirilib və birinci dəfə dindiriləndən sonra ölkəni tərk etməyə çalışıb. Lakin bunun qarşısı müvafiq orqanlar tərəfindən alınıb. Çünki artıq həmin vaxt Milli Təhlükəsizlik Nazirliyi daha bir fakt əldə edib. Məlum olub ki, Elşad Abdullayevin ölkəni tərk etməsində Rasim İldırımzadənin bir başa köməyi olub. Hətta ona bileti də İldırımzadənin aldığı əldə edilən məlumatlar içərisində olub.

Qeyd edək ki, fevralın 20-də yayılmış videoda Elşad Abdullayev Rasim İldırımzadə ilə 2003-cü ildə itkin düşən qardaşı, MTN mayoru Mahir Abdullayevin azad olunması haqda danışıq aparır. Rasim İldırımzadə Elşad Abdullayevi inandırmağa çalışır ki, qardaşı Mahir Abdullayev sağdır və bir ay ərzində onu azad edəcəklər.

Geri qayıt