Əsas Səhifə > Gündəm, Manşet > OQTAY ŞİRƏLİYEVİN ƏN BÖYÜK CİNAYƏTİ
OQTAY ŞİRƏLİYEVİN ƏN BÖYÜK CİNAYƏTİ26-11-2011, 11:25 |
BU CİNAYƏT KÖRPƏLƏRİMİZİN HƏYATINI TƏHLÜKƏYƏ ATIR DİA.AZ: - Azərbaycanda körpə uşaq ölümü, körpə uşaqlarda infeksion xəstəliklərin artması artıq bir ənənə halını alıb. Bunun izahını verməli olan qurumlar - başda səhiyyə nazirliyi olmaqla, yalnız məsələni ya unutdurmağa çalışırlar, ya da absurd izahatları ilə iz azdırırlar. Lakin fakt faktlığında qalır. Bu gün Azərbaycan yeni doğulan körpələrin ölümü ilə MDB məkanında liderdir. Redaksiyamıza bu istiqamətlə bağlı daha bir tükürpədici fakt daxil olub. Bu dəfə söhbət milli genefondumuzun məqsədli şəkildə təhlükə altına atılmasından gedir. Bu barədə «Эцндям Хябяр»и bilgiləndirən qaynağın sözlərindən belə məlum olur ki, Azərbaycanda fəaliyyyətdə olan doğum evlərinin əksəriyyətində millətə qarşı çox böyük bir cinayətə imza atılmaqdadır. Hər halda, bu faktlarla tanış olan hər kəsi dəhşət bürüyəcək. Beləliklə, siz də məlumatlı olun… Mənbənin sözlərinə görə, bu gün əksər doğum evlərində «Humana» və «Hipp» yeməkləri satan firmalar arasında əldə edilmiş anlaşma əsasında Azərbaycanın gələcəyi təhlükə altına atılır: «Məqsədli olaraq yeni doğulan uşaqlar analarından ayrılır və onlara həmin 2-3 günlük müddət boyunca hazır yeməklər verilir. Və bu zaman həmin yeməklər hələ ağız əzələləri yetərincə inkişaf etməmiş körpə uşaqlara zond üsulu ilə yeridildiyindən, uşağın ağız əzələləri də təbii inkişafdan qalır». Mənbə bildirir ki, burada başlıca məqsəd körpələri ilk gündən hazır yeməklərə öyrəşdirməkdən ibarətdir: «Buna nail olmaq üçün həkimlər Ən təhlükəli üsullara belə əl atırlar. Zondlar bir uşağın ağzından çıxarılıb yuyulmadan digərinin ağzına ötürülür. Bu isə artıq infeksion xəstəliklərə yoluxma üçün bir zəmin hesab oluna bilər. Mənbəmiz bildirir ki, əslində son elmi nailiyətlər də təsdiqləir ki, körpə uşaqların anadan ayrı tutulması heç də doğru deyil və elm də təsdiqləyir ki, körpələri doğulandan bir saat sonra öz anası əmizdirə bilər. Doğrudur, sovet dövründə də körpələri analarından ayırırdılar, amma bu zaman onlara hazır yemək verilmirdi, başqa bir ana tərəfindən əmizdirilirdi. Mənbə bildirir ki, 2-3 gün ərzində hazır yeməklərə öyrəşdirilən körpə məhz ağız əzələlərinin yetərincə inkişaf etməməsi səbəbindən sonradan öz anasının südünü əmə bilmir: «Ana südü uşaq əmə bilmədiyində geri qayıdır və qatılaşır. Və sonradan körpənin əmməsi qeyri-mümkün olur. Bu da nəticədə valideynlərin hazır yeməklərə müraciət etməsinə səbəb olur». Mənbə qeyd edilir ki, əsasən «Humana» və «Hipp» firmaları ilə əməkdaşlıq edən doğum evinin rəhbərliyi təbii ki, bu zaman nə körpələri, nə də millətin gələcəyini düşünmürlər: «Diqqət yetirin. Doğum evində körpəyə ilk gündən hansı hazır yemək verilirsə, sonradan da həmin yeməyə davam edir. Yalnız xüsusi keyfiyyəti olan hazır yeməyi təklif etməklə körpəni doğum evində vərdiş etdiyi yeməkdən ayırmaq olar». Dəhşətli hələ burası deyil. Mənbə bildirir ki, bütün bunların müqabilində həm SN rəhbərliyi və həm də doğum evi çalışanları külli miqdarda qazanc əldə edirlər: «Hamısı faizə oturublar və bu prosesdən faiz götürürlər. Hər ay onların haqqları xüsusi paketlər vasitəsilə çatdırılır». Onu da qeyd edək ki, biz də adları çəkilən hazır uşaq yeməyi satan firmaları araşdırmaq qərarına gəldik. Məlum oldu ki, «Humana» yeməklərini bu qidanı istehsal edən Almaniyanın «Humana» şirkətinin Zaqafqaziya təmsilçisi olan «Humuna Baku» Ltd. Firması satışa çıxarır. Və ən maraqlısı odur ki, həmin firmaya Teymuraz Koniaşvili adlı bir gürcü rəhbərlik edir. Məlumatlarda o da qeyd olunur ki, adları çəkilən şirkətlə Azərbaycanın doğum evlərinin əməkdaşlığı 5 ildən çoxdur davam edir: «Buna görə də prosesdən məlumatlı olan valideynlərin əksəriyyəti özəl doğum evlərinə müraciət edirlər». Könül CƏLİLOVA DİA.AZ Geri qayıt |