Əsas Səhifə > Güney Press, Araşdırma > DEPUTAT RAMİZ MEHDİYEVİ HƏDƏFƏ ÇEVİRİR

DEPUTAT RAMİZ MEHDİYEVİ HƏDƏFƏ ÇEVİRİR


24-02-2013, 11:57
DEPUTAT RAMİZ MEHDİYEVİ HƏDƏFƏ ÇEVİRİR
PA ŞEFİNƏ QARŞI KİMLƏR HƏRƏKƏT EDİR?

Redaksiyamıza Azərbaycan Müəllimlər İnstitutunun rektoru, deputat Aqiyə Naxçıvanlı barədə ilginc məlumatlar daxil olub. Məlumatlarda bildirilir ki, fövqəladə hallar naziri Kəmaləddin Heydərovun himayəsi altında olan rektor son zamanlar Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyevin əleyhinə kompaniyaya start verib. Sifarişin isə Kəmaləddin Heydərovdan gəldiyi bildirilir.
Bu barədə "AzeriNews.org"a daxil olan məlumatlarda qeyd edilir ki, Azərbaycan Beynəlxalq Universitetinin rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayevin yaydığı son video bomba effekti verib. Bu videoda Elşad Abdullayevlə daxili işlər naziri Ramil Usubovun qudası, Xətai rayon prokuroru Yusif İldırımzadənin qardaşı, Hava Nəqliyyatında Polis İdarəsin rəis müavini Rasim İldırımzadənin söhbəti əks olunub. Bu isə yenidən hakimiyyətdaxili qrupları biri-birlərinə qarşı kompromat savaşında üz-üzə gətirib. Belə ki, artıq PA rəhbərinin komandasını “vurmaq” üçün rəqib qruplaşmanın əlinə daha bir şans düşüb. Məlumat üçün deyək ki, Rasim İldırımzadənin qohumu Ramil Usubov PA rəhbərinə yaxın şəxsdir. Bu dəfə Ramiz Mehdiyev-Ramil Usubov ikilisinə qarşı hücuma fövqəladə hallar naziri Kəmaləddin Heydərov da qoşulub. Təsadüfi deyil ki, “fövqəlnazir”in himayəsində olan deputat və məmurlar son videoya geniş diqqət ayırmaqla yanaşı PA rəhbərinə qarşı səfərbər olunublar. Bunlardan biri isə Aqiyə Naxçıvanlının olduğu deyilir.
Məlumatlara görə, PA rəhbərinin devrilməsi prosesinə dəstək vermək üçün milli məclisin elm və təhsil komitəsinin üzvü, deputat Aqiyə Naxçıvanlı da qoşulub. Bu barədə "AzeriNews.org"u bilgiləndirən mənbənin sözlərinə görə, Azərbaycan Müəllimlər İnstitutunda baş alıb gedən qanusuzluqlar bü gün PA rəhbərinin ayağına yazılmaqdadır. Yeri gəlmişkən bir müddət əvvəl məlumat vermişdik ki, AMİ-nin rektoru, deputat Aqiyə Naxçıvanlı rəhbəri olduğu təhsil ocağını Məhdud Məsuliyyətili Cəmiyyətə (MMC) çevirib. Məlumatlarda bildirilirdi ki, artıq AMİ-nin Mingəçevir və Zaqatala filialları "MMC" kimi fəaliyyət göstərir. Xüsusuilə də belə "MMC"-lərə AMİ-nin Mingəçevir filialının direktoru Orucəli müəllim rəhbərlik edir. Azərbaycan Müəllimlər İnstitutunun sözü gedən filiallarında dövlət sənəd və diplomların təsdiq edilməsi, kommersiya əməliyyatlarının aparılması, təhsil nazirliyinə "MMC" əks olunan möhürlərdən istifadə olunur. Qaranlıq məliyyə sövdələşmələrə görə, Azərbaycan Müəllimlər İnstitutunun iştirakını nəzərdə tutan, “Mxqo” MMC, “Fərid X” MMC”, Satunun “MMC,”Neptun-İR” MMC, “MMC, “Alyans-2009”, Sprint LTD” MMC və.s adını qeyd etmədiyimiz onlarla əməliyyatlara hansı məqsədlə qol qoyulduğu aydın deyil. Yalnız son doqquz ayda filiallara təyin olunan şəxslərdən alınan rüşvətin milyonlarla manat olduğu bildirilir. Aqiyə Naxçıvanlı isə Ramiz Mehdiyevin adından istifadə edərək PA rəhbərini hədəfə gətirir. Güya yuxarıda adı çəkilən MMC-lər Ramiz Mehdiyevin nəzarətindədir. Və həmin MMC-lər vasitəsilə aparılan maliyyə maxinasiyalarında PA rəhbərinin də payı var.

Geri qayıt