Əsas Səhifə > Partiya > DİNDARI XÜSUSİ TƏYİNATLILAR HƏBS EDİB

DİNDARI XÜSUSİ TƏYİNATLILAR HƏBS EDİB


24-02-2013, 13:08
DİNDARI XÜSUSİ TƏYİNATLILAR HƏBS EDİB
DİNDARIN ANASI GECƏ POLİSƏ ÇAĞRILIB

Həbs olunan inanclı, 2 ildir davam edən hicab qadağasına görə Təhsil nazirliyinin qarşısında keçirilmiş üçüncü aksiyada iştirak edib.

İslamazeri.az-a verilən məlumata görə, dindarın aksiyada iştirakına görə həbs olunduğu bildirilir. Rzayev Elşadı xüsusi təyinatlılar həbs edib.

Verilən məlumata görə, saxlanılan şəxsin yaşlı anası gecə saatlarda polis bölməsinə çağırılıb.

Vəkil Mənsur Bayramov İslamazeri.az-a bildirib: "Birinci gün (25 fevral ) müvəkkilim Elşad Rzayevə baş çəkəcəm. Əgər onun bədənində hər-hansı xəsarət izləri olarsa, bu məsələni bütün dünyada işıqlandıracağıq. Buna səssiz qalmayacağıq."

Geri qayıt