Əsas Səhifə > Partiya > MÜXALİFƏTÇİ DİN-Ə GƏLƏ BİLMƏDİ...

MÜXALİFƏTÇİ DİN-Ə GƏLƏ BİLMƏDİ...


26-11-2011, 12:00
MÜXALİFƏTÇİ DİN-Ə GƏLƏ BİLMƏDİ...

DİN NÜMAYƏNDƏSİNİ MÜXALİFƏTÇİNİN YANINA GÖNDƏRDİ

Klassik Xalq Cəbhəsi Partiyasının Ali Məclisinin üzvü Əli Abdullayevin Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdiri Nahid Allahverdiyevin qardaşı Nicat Allahverdiyev tərəfindən döyülməsi faktı ilə əlaqədar açılmış cinayət işi daxili işlər naziri Ramil Usubovun şəxsi nəzarətindədir.

Bu barədə Teleqraf.az-a Ə.Abdullayev məlumat verib. KXCP təmsilçisinin sözlərinə görə, iki gün öncə onun telefonuna Bakıdan zəng gəlib: “Mənə zəng edib dedilər ki, növbəti həftənin birinci günü daxili işlər naziri Ramil Usubovun qəbulunda olum. Belə aydın oldu ki, cənab nazir mənimlə bağlı məsələni şəxsi nəzarətinə götürüb. Zəng edən şəxsin nəzərinə çatdırdım ki, sağlıq durumum qaydasında deyil və hələ də ayağımda ciddi problem var”.

Ə.Abdullayev deyib ki, onun durumu nəzərə alınıb və bildirilib ki, DİN-nin yüksək rütbəli zabiti onunla görüşmək üçün Gədəbəyə gələcək: “Elə bu gün Daxili İşlər Nazirliyinin ictintaq idarəsinin əməkdaşı, Şəmkir-Gədəbəy zonası üzrə kurator, polkovnik-leynetant Əbdül Hüseynli Gədəbəyə gəlmişdi. Məni rayon polis şöbəsində qəbul etdi. Çox səmimi söhbətimiz oldu. Məni diqqətlə dinlədi, ifadəmi də aldı. O da bildirdi ki, məsələ nazirin şəxsi nəzarətindədir. Öz növbəmdə istintaqın gedişatındakı bəzi xoşagəlməz halları polkovnik-leytnenant Hüseynlinin nəzərinə çatdırdım. O, məni əmin etdi ki, istintaq obyektiv aparılacaq. Eyni zamanda, nazirin qəbuluna gedə bilmədiyimə görə təəssüfümü də dilə gətirdim”.

Ə.Abdullayevin sözlərinə görə, polis şöbəsindəki söhbət zamanı hadisə ilə bağlı KXCP-nin bəyanatındakı məqamlara da diqqət yetirilib. “Söhbət hadisənin siyasi motivli olması barədə fikirlərdən gedir. Dedim ki, bu hadisənin kökündə həqiqətən də siyasi motiv var. Qarşı tərəf günü bu gün də iddia edir ki, mənim döyülməyimə səbəb hakimiyyətin ünvanına tənqidi fikirlər səsləndirməyimdir” – deyə, A.Abdullayev bildirib.

KXCP təmsilçisi sonda onu da əlavə edib ki, Nicat Allahverdiyevin ailəsi hələ də onu və hadisənin şahidlərini təhdid edir.


Geri qayıt