Əsas Səhifə > Güney Press, Üçüncü sektor > RÖVNƏQ ABDULLAYEVDƏN ŞƏFFAFLIQ TƏLƏB OLUNUR

RÖVNƏQ ABDULLAYEVDƏN ŞƏFFAFLIQ TƏLƏB OLUNUR


25-02-2013, 08:37
RÖVNƏQ ABDULLAYEVDƏN ŞƏFFAFLIQ TƏLƏB OLUNUR
NEFT ŞİRKƏTİNƏ QARŞI İSVEÇRƏDƏ AKSİYA KEÇİRİLİB

DİA.AZ: - 2013 cü il fevralın 23 də Beynəlxalq Haqq və Ədalət Assosiasiyası İsveçrənin Zürix şəhərində SOCAR Black Sea şirkətinin qarşısında etiraz aksiyası keçirib. Bu barədə qurumdan DİA.AZ-a daxil olan məlumatda deyilir.

Mitinqi giriş sözü ilə Beynəlxalq Haqq və Ədalət Assosiasiyası İdarə Heyətinin üzvü Coşqun Feyzullazadə açaraq öncə 1992 ci il fevralın 26 da Xocalıda baş vermiş qanlı hadisələrin il dönümü ilə əlaqədar olaraq bir dəqiqəlik sükut elan etdi .

O bildirdi ki, bu gün Azərbaycanın dövlət büdcəsinin böyük bir hissəsi neft ixracından əldə edilən gəlirlər hesabına formalaşdırılır. Lakin, ölkədəki mövcud siyasi rejim nümayəndələri korrupsiya yolu ilə neftdən əldə edilən gəlirləri mənimsəyir. Haqq və Ədalət Assosiasiyasının ekspert qrupu bu istiqamətdə araşdırmalar aparmış və hesabat hazırlayıb.

Daha sonra çıxış üçün söz Beynəlxalq Haqq və Ədalət Assosiasiyası İdarə Heyətinin və ekspert qrupunun üzvü Surxan Lətifova verildi.

O, Beynəlxalq Haqq və Ədalət Assosiasiyası tərəfindən SOCAR şirkətlərinin fəaliyyətinə dair ekspert qrupunun fəaliyyəti haqqında geniş məlumat verdi. Belə ki, ekspert qrupu hüquqşünaslardan, iqtisadçılardan və jurnalistlərdən təşkil edilib.

S.Lətifov çıxışında bildirdi ki, biz dəfələrlə ARDNŞ yə sorğular göndərmiş və bildirmişdik ki, şəffaflığı Azərbaycan ictimaiyyəti üçün təmin etsin. Çünki, xalqın onun milli sərvətlərindən necə və hansı formada istifadə edildiyi barədə geniş məlumat əldə etmək hüququ var. Lakin, ARDNŞ bizim sorğularımıza cavab vermək və Azərbaycan ictimaiyyətini məlumatlandırmaq əvəzinə Assosiasiyanı məhkəməyə verəcəyi barədə hədələcəyi məktublar göndərdi.

Çıxışçı SOCAR şirkətləri və həmin şirkətlərin ətrafında yaradılmış offşor şirkətlər və bu prosses zamanı məmurların Azərbaycan neftindən necə milyonlarla gəlir əldə etməsi mexanizmi barədə geniş danışdı.

Tədbirdə çıxış edən Prof. A.Schaerer öz çıxışında qeyd etdi ki, bu gün Azərbaycandakı vəziyyət demokratiya, insan haqları sahəsindəki pozuntu halları və korrupsiyanın geniş yayılması beynəlxalq ictimaiyyətin diqqət mərkəzindədir. Xüsusuilə də, neftdən əldə edilən gəlirlərin mənimsənilməsi ciddi narahatlıq doğrur. Çox təssüflər olsun ki, neft sahəsində korrupsiya halları məhz İsveçrədə qeydiyyatdan keçmiş azərbaycan şirkətləri vasssitəsilə həyata keçirilir. O , İsveçrə hökumətinə müraciət edərək həmin şirkətlərin fəaliyyətinin təftiş edilməsinin vacib olduğunu qeyd etdi.

Növbəti çıxış üçün söz Beynəlxalq Haqq və Ədalət Assosiasiyasının sədri Qabil Rzayevə verildi.

Çıxışçı Azərbaycandakı mövcud ictimai – siyasi vəziyyət barədə məlumat verdi və bildirdi ki, Azərbaycandakı mövcud sosial – siyasi vəziyyət dözülməz həddədir. Ölkədə siyasi partiya, QHT və
RÖVNƏQ ABDULLAYEVDƏN ŞƏFFAFLIQ TƏLƏB OLUNUR

müstəqil medianın sərbəst fəaliyyəti üçün heç bir şərait mövcud deyil. O, qarşıdan gələn prezident seçkiləri haqqında da geniş məlumat verdi və bildirdi ki, indiki mövcud şəraitdə bu rejimdən hər hansı demokratik seçkilərin keçirilməsini gözləmək reallıqdan çox uzaqdır. İlk növbədə seçki öncəsi vəziyyətin demokratikləşdirilməsi və münbit seşki mühitinin yaradılmasına nail olmaq vacib şərtdir.

Bunun üçün isə, bütün demokratik qüvvələrin vahid birliyi olan Milli Birlik Şurası adlı qurumun yaradılnası vacibdir. Daha sonra çıxışcı Milli Birlik Şurasının yaradılmasını vacib edən amillər və onun mümkün perspektivləri barədə öz fikirlərini çatdırdı.

1. Azərbaycan Respublikasında mövcud anti – demokratik, korrupsiyalaşmış rejimin demokratik islahatları həyata keçirmək iqtidarında olmadığını, gündən günə yüksələn ümumxalq etirazlarını nəzərə alaraq, ölkədəki bütün demokratik qüvvələrin vahid əməkdaşlıq mərkəzi olan Azərbaycan Milli Birlik Şurasının yaranması elan edilir .

2. Milli Şuranın əsas məqsədi ölkədə Liviya və Suriyadakı qanlı hadisələrin təkrar olunmasının qarşısını almaq və idarəçiliyin dinc yollarla xalqa ötürülməsinin təmin edilməsinə nail olmaqdır.

3. AMBŞ in rəhbərliyinə xalq tərıfindən etimad edilən tanınmış və şərəfli bir ziyalı şəxs gətirilsin.

4. Ölkədə münbit, demokratik seçki mühitinin yaradılması AMBŞ – yə həvalə edilir.

5. AMBŞ in təsis edilməsi məqsədi ilə İsveşrədə təsis yığıncağının təşkil edilməsi Beynəlxalq Haqq və Ədalət Assosiasiyası və West -East Dialogue Academy öz üzərinə götürsün.

Geri qayıt