Əsas Səhifə > Sosial, Manşet > RƏSUL QULİYEV BELƏ GETSƏ, VƏTƏNƏ DÖNMƏYƏCƏK

RƏSUL QULİYEV BELƏ GETSƏ, VƏTƏNƏ DÖNMƏYƏCƏK


25-02-2013, 08:55
RƏSUL QULİYEV BELƏ GETSƏ, VƏTƏNƏ DÖNMƏYƏCƏK
ACP LİDERİNİN AZƏRBAYCANA QAYIDA BİLMƏSİ ÜÇÜN İQTİDAR DƏYİŞMƏLİDİR

DİA.AZ: - Keçən həftə siyasi mühacir - sabiq parlament sədri Rəsul Quliyev maraqlı açıqlamaları ilə diqqətə gəldi. Belə ki, KİV-lərə verdiyi müsahibəsində Açıq Cəmiyyət Partiyasının lideri bildirib ki, ona Azərbaycan rayonlarını gəzmə fürsəti tanınarsa, o qısa müddət içində reytinq yığa bilər. Onu da bildirək ki, ACP liderinin bu açıqlaması böyük maraq yaradıb və hətta bildirilir ki, Rəsul Quliyev təsadüfən belə danışmayıb, onun Bakıya gəlmə niyyəti ciddidir.

Məlumatlı mənbənin DİA.AZ-a bildirdiklərindən belə məlum olur ki, Rəsul Quliyev artıq Azərbaycana dönə bilməsi üçün hakimiyyətin çox nüfuzlu simaları ilə danışıqlar aparır: «Rəsul bəy israrlıdır və hətta araya ABŞ-ın nüfuzlu dövlət adamlarını da vasitəçi kimi salıb».

Amma belə bir ovqatın ACP-də hökm sürməsinə baxmayaraq, iqtidarda tamam fərqli ab-havadır. Bu məsələ ilə bağlı müraciət etdiyimiz hakimiyyətə yaxın şəxslərdən biri redaksiyamıza bildirdi ki, Rəsul Quliyev Azərbaycana yalnız hakimiyyət dəyişəndən sonra gələ bilər. Başqa bir variant mövcud deyil.

Mənbəmizə görə, hazırda həbsdə saxlanılan keçmiş nazirlər - Əli İnsanov və Fərhad Əliyev ilkin olaraq məhz Rəsul Quliyevlə işbirliyinə gedərək Azərbaycanda dövlət çevrilişinə cəhddə ittiham edilib, həbs olunublar: «Doğrudur, onlar bu gün məhbəsdə korrupsiya ittihamı ilə saxlanılırlar. Amma onlara qarşı ilk ittihama rəsmən xitam verilməyib və məhkəmə qərarı ilə bu işin araşdırılması Rəsul Quliyevin həbsindən sonraya saxlanılıb».

Yəni Rəsul Quliyev həbs olunduqdan sonra hər iki nazirə qarşı yeni ittiham irəli sürülə bilər. Mənbə bildirir ki, belə bir şəraitdə Rəsul Quliyevin kimləri araçı tutmasının heç bir önəmi yoxdur: «Ayaz Mütəllibovun dönüşü də onu ruhlandırmamalıdır. O da prezident olmayıb ki, yeni qanundan faydalanıb vətənə qayıda bilsin»…

Geri qayıt