Əsas Səhifə > Güney Press, Üçüncü sektor > BAKINI POLİS ÜZÜK QAŞI KİMİ ƏHATƏYƏ ALIB
BAKINI POLİS ÜZÜK QAŞI KİMİ ƏHATƏYƏ ALIB25-02-2013, 09:38 |
POLİS ƏMƏKDAŞLARI TƏDBİRƏ HAZIRLAŞIR DİA.AZ: - Bu gün səhər saatlarından ölkə paytaxtının mərkəzi küçələri polis əməkdaşları tərəfindən sanki üzük qaşı kimi çəmbərə alınıb. Belə ki, Bakının mərkəzi küçələri həm Dövlət Yol Polisi əməkdaşlarının və həm də post patrul xidmətinə aid onlarla xidməti maşının və yüzlərlə polis işçisinin hesabına nəzarətə alınıb. DİA.AZ bildirir ki, bu halı böyük narahatçılıqla qarşılayan paytaxt sakinləri erkən saatlardan belə bir əlahiddəliyin nədənini bilməyə çalışırlar. Bununla bağlı DİA.AZ-ın müraciət etdiyi polis əməkdaşlarından biri bildirdi ki, paytaxtdakı gücləndirilmiş polis rejimi 26 fevral - Xocalı soyqırımının anım mərasimləri ilə bağlıdır və narahatçılığa əsas yoxdur. Geri qayıt |