Əsas Səhifə > Güney Press, Araşdırma > NEFT FONDUNUN 30 MİLYONLUQ MAXİNASİYASI

NEFT FONDUNUN 30 MİLYONLUQ MAXİNASİYASI


25-02-2013, 09:44
NEFT FONDUNUN 30 MİLYONLUQ MAXİNASİYASI
ŞAHMAR MÖVSÜMOV ARDNF-İ NECƏ TALAYIR?

Bu il Azərbaycan tələbələrinin xaricdə təhsil alması üçün Dövlət Neft Fondundan 30 milyon vəsait ayrılacaq. Bu barədə təhsil naziri Misir Mərdanov Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na dair Məlumat İdarəetmə Sisteminin və yeni veb-saytın hazırlanması ilə bağlı təqdimatda çıxışında deyib. O bildirib ki, ildən ilə azərbaycanlı gənclərin xaricdə təhsili üzrə ayrılan vəsait artırılır. Nazirin sözlərinə görə, ötən il bu məbləğ 20 milyon manat təşkil edib, bu il isə həmin məbləğin 30 milyon həcmində olması nəzərdə tutulur: “Proqramın icrasına başlayanda düşünürdük ki, onun icrasına pulu necə çatdıracağıq. Amma indi artıq pulun çoxluğundan narahatıq ki, onu səmərəli xərcləyə biləcəyikmi?”.
Məsələ ilə bağlı isə "AzeriNews.org"a ekspertlərdən birinin veridyi məlumata görə, əslində Dövlət Neft Fondundan Azərbaycan tələbələrinin xaricdə təhsil alması üçün ayrılan 30 milyon vəsaitin taleyi qaranlıq olacaq: "Təsadüfü deyil ki, Misir Mərdanov da vəsaitin çoxluğundan narahatlıq keçirdiyini dilə gətirib və həmin vəsaitin səmərəli xərcləyə bilməyəcəyini demək olar ki, etiraf edib. Çünki ötən illərdə olduğu kimi bu il də xaricdə təhsil alan Azərbaycanlı tələbələrə həmin vəsaitdən qəpik-quruş çatacaq. Dəfələrlə olub ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin təhsil haqqının vaxtında ödənilməməsi onların valideyinlərinin narazılıqlarına səbəb olub. Tələbələrini xarici dövlətlərdə saxlaya bilməyən Azərbaycan hökümətinin vətəndaşları borc-xərc içində məcbur qalıb uşaqlarını öz hesablarına oxutdururlar".
Bundan əlavə ekspertin "AzeriNews.org"a bildirdiyinə görə, hər il xaricdə təhsil alan Azərbaycan tələbələrinin təhsil alması üçün Dövlət Neft Fondu tərəfindən ayrılan vəsaitlər mənimsənilir: "Bu prosesdə milyonlarla vəsait hər il mənimsənilir. Sadəcə cüzi miqdarda vəsait Təhsil Nazirliyinin balansına oturdulur. Elə bu baxımdan da nazirlik tələbələri xaricdə saxlaya bilmir. Sonradan isə narazılıqlar baş qaldırır. Milyonların mənimsənilməsinə gəlincə isə ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bunu peşəkarlıqla həyata keçirir. ARDNF-in icraçı direktoru hər il ayrılan milyonlarla vəsaitdən böyük bir qismini güya Heydər Əliyev Fonduna köçürür. Buna isə Misir Mərdanovun müdaxilə etməyə cürəti çatmır. Çünki təhsil naziri vəzifəsini itirməklə yanaşı həbs edilməsindən qorxur. Ona görə də məcbur qalıb Şahmar Mövsümovun ARDNF-i tələbə adı altında talanmasına susur. Əks halda həmin vəsaitlərin talanması hər an Misir Mərdənovun üzərinə yönələ bilər".

Geri qayıt