Əsas Səhifə > Sosial, Manşet > «DAŞ YUXULAR» HANSI MƏMURLARI ÜZ-ÜZƏ QOYUB?

«DAŞ YUXULAR» HANSI MƏMURLARI ÜZ-ÜZƏ QOYUB?


25-02-2013, 10:28
«DAŞ YUXULAR» HANSI MƏMURLARI ÜZ-ÜZƏ QOYUB?
ƏKRƏM ƏYLİSLİNİN QOHUMU «LABA» XƏYANƏT ƏSƏRİNƏ BAKIDA PUL AYIRIB

DİA.AZ: - Bu günlərdə böyük əksəriyyət tərəfindən az qala daş-qalaq edilən Əkrəm Əylislinin əslində bir xəyanəti kimi qəbul edilməli olan «Daş yuxular» romanı ilə bağlı, daha dəqiqi bu romanın Bakıda hansı şəraitdə və kimlər tərəfindən nəşr edilməsilə əlaqədar DİA.AZ-a maraqlı məlumat daxil olub. Həmin faktı olduğu kimi diqqətinizə təqdim edirik:

«Məlum olduğu kimi Əkrəm Əylislinin “Daş yuxular” adlı romanı “Möhtəşəm tıxac” adlı trilogiyaya daxildir. “Möhtəşəm tıxac” hələ iki il əvvəl Bakıdakı nəşriyyatlardan birində az tirajla dərc olunub və müəllif tərəfindən məhdud sayda seçilmiş oxuculara paylanıb. Ölkə mətbuatında da xəbər verilir ki, "Daş yuxular" həmin kitabdakı ikinci romandır. Rəy üçün kitab verilən insanların böyük əksəriyyəti Ziyalılar Forumunun üzvləri olublar və yekun rəy belə olub ki, bu kitabı, xüsusi ilə də ona daxil olan “Daş yuxular” romanını Bakıda dərc etdirmək olmaz.

Əkrəm Əylislinin narazılıqla qarşılanmış “Daş yuxular” romanı az tirajla da olsa ölkə daxilində elə-belə himayəsiz və maliyyə vəsaiti olmadan çap edilməyib. Həmçinin onun ölkədən xaricdə də çap edilməsi üçün müəyyən maliyyə vəsaiti tələb olunub. “Daş yuxular“ romanının çap edilməsi yeni qurulmuş “Həsən Holdinq”ə daxil olan şirkətlərdən birinin hesabına həyata keçib. Ziyalılar Formu və onun fəaliyyəti üçün əsas vəsait mənbələri məhdud olduğu bir vaxtda lazım olan maliyyə Əkrəm Əylisliyə öz qohumu “Laba“ ləqəbli Mübariz Pənahova məxsus “Həsən Holdinq” vasitəsi ilə təmin edilib. Yaxın vaxtlaradək gözlərdən uzaq qalmağa üstünlük vermiş M.Pənahovun ölkənin siyasi həyatında yer almağa çalışması son günlərdə kütləvi informasiya vasitələrində yayılmış məlumatlarda da öz əksini tapmağa başlayıb. M.Pənahovun ACP lideri Rəsul Quliyevin komandasında yer aldığı və onunla görüşlər keçirməsi yayılan məlumatlar arasındadır.

Eyni siyasi məqsədlər ətrafinda birləşən müxtəlif tərəflərin içində yer alan “Laba” və Əkrəm Əylisli arasındakı qohumluq hər ikisi tərəfindən həm romanının ışıq üzü görməsi, həm də daxil olduqları tərəflər arasında münasibətlərin qurulması üçün dəyərləndirilib. Əkrəm Əylislinin dayısı qızı İbrahimova Xalidə Vəli qızının kürəkəni olan Mübariz Pənahovun keçmiş xalq yazıçısının oğlu Nəcəf Naibovun Dövlət Gömrük Komitəsində vəzifələrdən birinə gətirilməsində də böyük rolu olub. Lakın “Daş yuxuların” ölkə ictimaiyyətində və iqtidar içində səbəb olduğu narazılığın qarşısında Mübariz Pənahovun himəyadarlığı Nəcəf Naibova kömək edə bilməyib».

Yazıda adları keçən bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt