Əsas Səhifə > Partiya > YAP-DAN SABİQLƏRLƏ BAĞLI İZAHAT

YAP-DAN SABİQLƏRLƏ BAĞLI İZAHAT


26-11-2011, 14:27
YAP-DAN SABİQLƏRLƏ BAĞLI İZAHAT

“ONLAR SIRAVİ ÜZV KİMİ YAP-DA FƏALİYYƏT GÖSTƏRƏ BİLƏRLƏR”

Səyyad Aranın Yeni Azərbaycan Partiyasına (YAP) üzvlüklə bağlı müraciətinə baxılıb və o, partiyaya sıravi üzv qəbul edilib.

Bu barədə APA-ya açıqlamasında YAP-ın icra katibinin müavini Siyavuş Novruzov məlumat verib. O bildirib ki, diplomatik xidmət haqqında qanunvericiliyə əsasən diplomatik xidmətə təyin olunan şəxslər siyasi fəaliyyətlə məşğul ola bilməzlər. Buna görə də vaxtilə Səyyad Aran və Əli Nağıyevin siyasi fəaliyyətinə xitam verilib: “İndi isə onlar sıravi üzv kimi YAP-da fəaliyyət göstərə bilərlər, buna heç bir qadağa yoxdur. Seçkili orqanlara üzvlər isə qurultayda seçilir. Yəni, bizim İdarə Heyətinin, yaxud Siyasi Şuranın üzvü diplomatik fəaliyyətlə əlaqədar partiyadan çıxıbsa, yenidən qayıdanda artıq seçkili orqana bərpa oluna bilməz, yalnız sıravi üzv ola bilər”.

S. Novruzov Əli Nağıyev tərəfindən YAP-a üzv olmaqla bağlı müraciət daxil olmadığını da vurğulayıb.

Qeyd edək ki, mətbuatda Azərbaycanın Türkiyədəki keçmiş baş konsulu, YAP-ın qurucularından olan Səyyad Aran və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Əli Nağıyevin YAP-a üzv olmaq üçün ərizə ilə müraciət etdikləri barədə məlumatlar yayılıb.


Geri qayıt