Əsas Səhifə > Sosial, Manşet > SABİRABADDA UŞAQLARIMIZA KİM SAVAD VERİR?

SABİRABADDA UŞAQLARIMIZA KİM SAVAD VERİR?


26-02-2013, 10:52
SABİRABADDA UŞAQLARIMIZA KİM SAVAD VERİR?
İKİ MƏKTƏB DİREKTORUNA QARŞI ŞOK İDDİA: ONLAR “PRİTON”DA YAXALANIB

DİA.AZ: - Redaksiyamıza Sabirabad raoyunun iki məktəbinin direktorlarına qarşı olduqca biabırçı ittihamların yer aldığı məlumat ötürülüb. Qeyd edək ki, əməkdaşlarımız DİA.AZ-a daxil olan xəbərlə bağlı araşdrıma aparır və qarşı tərəfin də fikirlərini öyrənib diqətinizə çatdıracağıq. Amma gün boyu redaksiyamız həmin ittiham hədəflərinə ulaşa bilməyiblər.

Rayondakı qaynaq iddia edir ki, Sabirabad rayonun Nərimankənd və Qaratəpə kənd məktəblərinin direktorları bir müddət əvvəl polis tərəfindən qonşu Saatlı rayonunda qeyri-münasib vəziyyətdə yaxalanıblar. Belə ki, onlar Saatlıdakı “pritonların birində” polisin keçirdiyi əməliyyat nəticəsində “istirahət edərkən” reydə düşüblər. Mənbə bildirir ki, Əlabbas Rzayev və Əlirza Hüseynovun bu olayından bütün kənd sakinləri bilir, ancaq rayon rəhbəri Nazim İsmayılov bu biabırçılıqdan xəbərsiz kimi davranır.

Qeyd edək ki, bu günlərdə bir sıra mətbu nəşrlərdə, o cümlədən “Azadlıq” və “Yeni Müsavat” qəzetlərində Nərmankənd məktəbinin direktoru Əlabbas Rzayevin evindən narkotik tapıldığı bildirilmişdi. Sonradan elan olundu ki, faktlar təsdiqini tapmayıb. Əslində isə Ə.Rzayev və Ə.Hüseynovla birlikdə (deyirlər onlarla birlikdə daha 2 məktəb direktoruda olub) müəllim adına utanc gətirəcək böyük biabırçılığı yol veriblər.

Mənbənin söylədikləri: “Onlar qonşu Saatlı rayonunun “domik”lərinin birində azyaşlı qızlarla polis tərəfindən yaxalanıblar. Nəvələri yaşında qızlara tamah salan bu direktorların nəinki təhsil işçisi, ləyaqətli müəllim adına, hətta insanlığa belə uyğun gəlməyən hərəkətləri kənd camaatını qəzəbləndirib. Hər iki kənddə sakinlər etiraz əlaməti olaraq qızlarını məktəblərə buraxmırlar. Direktorlar bu gündə polisdə çək-çevirdədilər”.

Bütün tərəfləri dinləməyə hazırıq...

Geri qayıt