Əsas Səhifə > Partiya > RƏSUL QULİYEV ERMƏNİLƏRLƏ GÖRÜŞMƏDİYİNİ DEYİR
RƏSUL QULİYEV ERMƏNİLƏRLƏ GÖRÜŞMƏDİYİNİ DEYİR26-02-2013, 11:20 |
AMMA GÖRÜŞMƏYƏ HAZIRDIR “Ermənistanın Qarabağ siyasətinə təsir göstərə biləcək istənilən siyasətçi, milliyətindən asılı olmayaraq istənilən şəxslə görüşə həmişə hazıram və burada heç bir qəbahət görmürəm”. Bunu Modern.az saytına açıqlamasında Milli Məclisin sabiq sədri, Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev bildirib. Eks-spiker Azərbaycan Dövlət Televiziyasında (AzTV) onun ermənilərlə görüşməsi haqda gedən xəbərləri təkzib edərək, hər hansı belə görüş keçirmədiyini deyib. “Azərbaycan hökümətinin təşəbbüsü ilə mənim nə vaxtsa, yəni belə deyək ki, 15 il bundan öncə Hopkins İnstitutunda professor Feyerbanksin vasitəçiliyi ilə İqor Muradyan adlı birisi ilə görüşməyimi AzTV-nin efirində hallandırırlar. Birincisi Ermənistanın Qarabağ siyasətinə təsir göstərə biləcək istənilən siyasətçi ilə görüşə həmişə hazıram və burada heç bir qəbahət görmürəm. İkincisi Ermənistanda müəyyən bir gücü olan Muradyan adlı adam tanımıram və heç vaxt onunla görüşməmişəm. Hakimyyət təmsilçiləri bu günə qədər 100 dəfələrlə müxtəlif ranqlı ermənilərlə görüşüblər, bunu niyə demirlər?”-deyə R.Quliyev vurğulayıb. Eks-spiker həmçinin qeyd edib ki, o ermənilərlə yanlız işğal olunmuç torpaqlarımızın qaytarılmasından sonra görüşə bilər: “Hər halda mənim ermənilərlə görüşlərim ancaq torpaqlarımızın qaytarılması ilə nəticələnə bilər. Mənim əleyhimə siyasət qurmaq cəhdi də o qədər güclüdür”. Geri qayıt |