Əsas Səhifə > Güney Press, Üçüncü sektor > ZAQATALADA QİYAMÇI FƏHLƏLƏRƏ VƏD VERİLDİ
ZAQATALADA QİYAMÇI FƏHLƏLƏRƏ VƏD VERİLDİ26-02-2013, 11:50 |
ONLAR 3 AY İDİ MAAŞ ALA BİLMİRDİLƏR Zaqatalada zəlzələ zamanı dağılmış evlərin inşasına cəlb edilən 100-dən artıq fəhlə Qax-Zaqatala magistral yolunu bağlayıb. Bu barədə Azadliqnews.tv-yə fəhlələr məlumat verib. Etiraz aksiyası keçirən fəhlələr “Trans-Beton” şirkətində çalışdıqlarını bildiriblər. Onların sözlərinə görə, Zaqatalanın Gözbarax, Mamrıx və Çobankol kəndlərində dağılmış evləri inşa etsələr də 3 aydır ki, məvaciblərini ala bilmirlər. “Trans-Beton” şirkətinin rəhbərliyi fəhlələrə maaş verməkdən imtina edir. Yolu bağlayan fəhlələrin sözlərinə görə, Zaqatala şəhərinə yürüş edəcəklər. Məvacibini almayan fəhlələrdən biri Səyyar Əbdürrəhmanovun DİA.AZ-a verdiyi məlumata görə aksiyadan sonra dünən axşam saatlarında “Trans-Beton” şirkətinin rəhbərliyi etirazçılarla görüşüb. Şirkət rəhbərliyi fəhlələrdən 2 gün vaxt istəyib və bu müddətdə onların məvacibinin ödəniləcəyinə söz verib. Geri qayıt |