Əsas Səhifə > Dünya > ÖCALANIN DİREKTİVLƏRİ AŞKARLANIB

ÖCALANIN DİREKTİVLƏRİ AŞKARLANIB


26-11-2011, 14:58
ÖCALANIN DİREKTİVLƏRİ AŞKARLANIB

QANİÇƏN TERRORÇU AKTİVLİK TƏLƏB EDİR

PKK lideri Abdulla Öcalanın PKK və KCK (PKK-nın şəhər təşkilatları) üçün göndərdiyi məktub ələ keçib.

APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu il iyulun 27-də yazılan, 10 səhifədən ibarət məktubda terror təşkilatının passivlikdən çıxıb, aktiv əməliyyatlara başlaması əmr edilir.

Məlumata görə, məktub PKK terrorçularına qarşı Siirtdə keçirilən əməliyyat zamanı
öldürülən təşkilatın Botan əyalət nümayəndəsi, kod adı “Zerdeşt” olan Ali Gezerin üstündə tapılıb. PKK-çıların məhz bu məktuba əsasən əməliyyata başladığı bildirilir.

PKK lideri məktubu vəkilləri vasitəsilə həbsxanadan çıxarıb. Məktubun vəkillərə iyulun 27-də verildiyi qeyd olunub. Məktubda PKK və KCK-nı idarə edənlərə ünvanlanan təlimatlar yer alıb.


Geri qayıt