Əsas Səhifə > Sosial, Manşet > DAHA BİR DEPUTATIN HƏBS OLUNMA EHTİMALI VAR
DAHA BİR DEPUTATIN HƏBS OLUNMA EHTİMALI VAR26-02-2013, 12:31 |
ABBAS ABBASOVA QARŞI RƏSMİ BAKI TƏRƏFİNDƏN HÜCUM PLANI HAZIRLANIR DİA.AZ: - Cəmiyyət arasında «Milyarderlər ittifaqı» kimi tanınan Rusiya Azərbaycan Təşkilatları İttifaqının sədri, «AzərRos»un Ağsaqqallar Şurasının rəhbəri, Azərbaycan baş nazirinin sabiq müavini Abbas Abbasova qarşı rəsmi Bakının təzyiqlər planı işə salınıb. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə xəbər ötürüb. Qaynağın iddialarından belə aydın olur ki, Abbas Abbasov Azərbaycan prezidenti ilə görüşündə də özünün Kremlin ölkəmizə qarşı hər hansı planında yer tutmayacağını vəd etsə də, onun sonrakı fəaliyyətində bunun tam əksinin müşahidə olunması baş nazirin keçmiş müavininin əslində qeyri-səmimiliyinin göstəricisi kimi qəbul olunub. Mənbəmiz bildirir ki, bu səbəbdən Azərbaycan hakimiyyəti Abbas Abbasova qarşı planlarını işə salıb: «Onun Azərbaycandakı obyektlərinin əlindən alınması üçün addımlar atılacaq. Eyni zamanda bu gün rəsmi Bakı ilə çox isti münasibətlərdə olan digər tanınmış milyarder - AST şirkətlər qrupunun prezidenti Telman İsmayılovun vasitəsilə də Abbas Abbasova təzyiqlər ediləcək. Belə ki, baş nazirin keçmiş birinci müavini «AST»də vitse-prezident postunu tutu rvə təbii ki, rəsmi Bakının arzusu ilə Telman İsmayılov onu həmin vəzifədən uzaqlaşdıra bilər». Bunlarla yanaşı, Abbas Abbasovun Bakıdakı ailə üzvlərinin də məlum planlama nəticəsində zərər görəcəyi şübhəsizdir: «Artıq onun deputat oğlunun qələminin birdəfəlik qırılması faktdır. Yəni Aydın Abbasov son deputatlıq dönəmini yaşayır. Amma əgər vəziyyət daha da ciddiləşərsə, Aydın Abbasovun həbsi belə gündəmə gələ bilər». Mənbəmiz iddia edir ki, bu gün hüquq-mühafizə orqanları Abbas Abbasovun oğluna qarşı materialın toplanması barədə təlimat alıblar və bununla xüsusi qrup məşğuldur. Geri qayıt |