Əsas Səhifə > Sosial, Manşet > ƏLİ ƏSƏDOVU KİMLƏR VƏ NƏDƏN HƏDƏFƏ ALIBLAR?

ƏLİ ƏSƏDOVU KİMLƏR VƏ NƏDƏN HƏDƏFƏ ALIBLAR?


27-02-2013, 10:11
ƏLİ ƏSƏDOVU KİMLƏR VƏ NƏDƏN HƏDƏFƏ ALIBLAR?
HÜSEYN ABDULLAYEVİN MƏSƏLƏSİNDƏ KİM HAQLIDIR: KAMPANİYA BAŞLADI

DİA.AZ: - Keçən ilin sonlarına yaxın Prezident Administrasiyaı rəhbərinin müavini postuna qədər vəzifəsi artırılan Əli Əsədovun bu gün bir çox çevrələr tərəfindən hədə alınan PA şefi Ramiz Mehdiyevin yerinə ən şanslı aday olması faktını açıqlamağımızın ardından ona qarşı hücumlar sanki stimullanmış oldu. Belə ki, bazar günü yaydığımız məlumata oparetiv şəkildə reaksiya verən mehdiyevçi cinah mətbuatda Əli Əsədovun nüfuzdan salınması yönündə kampaniyaya start vermiş oldu.

Bu barədə DİA.AZ-a verilən xəbərlərdən belə məlum olur ki, əslində zaman-zaman Ramiz Mehdiyevə qarşı dayanan qütbü təşkil edən iki əsas fiqurdan biri olan Əli Əsədovun həqiqətən də Ramiz Mehdiyevdən sonrakı dönəmdə PA-nı yönəltməsi gözləniləndir: «Bir müddət əvvələ qədər digər PA yetkilisi Zeynal Nağdəliyevlə birgə Ramiz Mehdiyevə ilk dirənişi göstərən və demək olar ki, PA-da prezidentin əsas dayaqları hesab olunan cütlüyü formalaşdıran Əli Əsədovun vəzifə üksəlişi iakanları böyükdür və bunu əks tərəf də yaxşı anlayır».

Xatırladaq ki, bir ara Zeynal Nağdəliyevə qarşı da anoloji kampaniya başlamışdı və onun müxalifət liderlərindən olan İsa Qəmbərə az qala sui-qəsd təşkil etməsi iddia olunurdu. Halbuki Müsavat başqanının özü da şəxsən tanıdığı Zeynal Nağdəliyevin belə bir niyyətə düşməsinə, plana rəhbərlik etməsinə inanmadığını bildirmişdi.

İndi isə tanınmış iş adamı, keçmiş millət vəkili, son zamanlar bəstəkarlığı ilə də diqqətləri cəlb edən Hüseyn Abdullayevin adından prezidentə ünvanlanan şikayət məktubu yayılır ki, həmin məktubun hətta mətnindən də aydın olur ki, əslində hücum hədəfi kimi seçilən Əli Əsədov heç bir ayıb iş tutmayıb və normalda da bu belə olmalıdır. Söhbətin mahiyyətini qısa olaraq çatdıraq. Aydın olur ki, Hüseyn Abdullayev onun atasının adına olan torpaq sahəsini ABŞ-ın ölkəmizdəki səfirliyinə səfirlik binasının tikilməsi üçün satmaq qərarına gəlib və bu haqda hətta alqı-satqı müqaviləsi də imzalayıb. Bunun ardından isə Əli Əsədov Hüseyn Abdullayevə telefon açaraq prezidentin adından bildirib ki, belə bir müqavilənin bağlanması yolverilməzdir. Hüseyn Abdullayev isə bu hadisəni işıqlandıraraq prezidentə şikayətlənir.

Mənbəmizin bu olayla bağlı izahatı: «Amma kimsə məsələnin bu istiqamətini təftiş etmir. Yəni Azərbaycan dövlətinin təhlükəsizliyi və özünün diplomatik siyasəti baxımından hər hansı bir xarici ölkənin Azərbaycandakı fəaliyyətinin qurulması birbaşa olaraq dövlətə aid bir işdir. Yəni buraya səfirlik binaları üçün yerin ayrılması da daxildir. Yəni Hüseyn Abdullayev də millət vəkili olub, amma anlamır və yaxud da belə bir görüntü yaradır ki, sanki hər kəs hansısa xarici ölkənin diplomatik nümayəndəliyi ilə müstəqil şəkildə alqı-satqı hüququna malikdir. Yəni məqsədli olaraq məsələnin bu tərəfinə göz yumulur və hər şey Əli Əsədovun üzərinyə yönəldilir ki, sanki o, prezidentin adından hansısa iş adamını hədələyib. Burada hədə yox, dövlətin müdaxiləsi var və bu da normaldır. Hər halda, Hüseyn Abdullayev öz torpağına başqa bir müştəri də tapa bilər».

Mənbəmiz onu da bildirdi ki, Əli Əsədova qarşı başlanan kampaniyanın arxasında birbaşa olaraq Ramiz Mehdiyevin maraqlarının dayanması şübhəsizdir: «Diqqət yetirin, onlar prezidentə ünvanlanan məktubun nüsxəsini məqsədli olaraq mətbuata ötürürlər. Halbuki bu məktub Hüseyn Abdullayv tərəfindən mətbuata ötürülməyib».

Bütün tərəflərin mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt