Əsas Səhifə > Dünya > SURİYALI QAÇQINLAR TÜRKİYƏDƏ ÜSYAN QALDIRDI
SURİYALI QAÇQINLAR TÜRKİYƏDƏ ÜSYAN QALDIRDI27-02-2013, 11:32 |
XEYLİ SAYDA YARALI VAR Türkiyənin Şanlıurfa vilayətinin Harran rayonunda ötən ay qurulan və suriyalı qaçqınların sığındığı konteyner şəhərciyində üsyan baş verib. Üsyanda əsgərlər və təhlükəsizlik qüvvələri də daxil olmaqla 12 nəfər yaralanıb. SalamNews-un “Sabah”a istinadla verdiyi xəbərə görə, 10 min nəfərin yaşaması üçün nəzərdə tutulan düşərgəyə gecə saatlarında qeydiyyatdan keçməyən 1 qrup suriyalı daxil olmaq istəyib. İçəriyə girmək istəyən suriyalı qaçqınlarla mühafizə qüvvələri arasında mübahisə yaranıb. Konteyner şəhərciyində yaşayan suriyalıların da müdaxiləsindən sonra mübahisə qarşıdurmaya çevrilib. Üsyanı yatırtmaq üçün əlavə polis dəstələri gətirilib. Hadisədə əsgərlər və polislər də daxil olmaqla 12 nəfər yaralanıb. Yaralılar Harran Dövlət Xəstəxanasına aparılıb. Mübahisəyə müdaxilə edən suriyalı qaçqınlar saxlanılıb. Geri qayıt |