Əsas Səhifə > Dünya > ABŞ DÖVLƏT KATİBİNDƏN İLGİNC AÇIQLAMA

ABŞ DÖVLƏT KATİBİNDƏN İLGİNC AÇIQLAMA


27-02-2013, 11:35
ABŞ DÖVLƏT KATİBİNDƏN İLGİNC AÇIQLAMA
"SİZ AXMAQ DA OLA BİLƏRSİNİZ"

FaktXəbər-in verdiyi məlumata görə, ABŞ-ın xarici işlər naziri Con Kerri Almaniyanın paytaxtı Berlin şəhərində yerli tələbələrlə görüş keçirib. Görüş zamanı tələbələrlə 1950-ci ildə Berlin xatirələrini bölüşən Con Kerri, ifadə və inanc azadlığının vacibliyindən də danışıb.

Qeyd edək ki, Amerikanın dövlət katibi alman tələbələrlə görüşündə bildirib ki, hər bir şəxs istəsə axmaq belə olmaq azadlığına malikdir. "Dünyada ən təhrikedici hadisə olsa belə, hər hansı bir qrup nümayiş keçirərkən qarşı tərəfi təhqir edən plakatlardan istifadə edə bilər. Ölkəmizdə buna rəsmi icazə var və ABŞ-ın Ali Məhkəməsi həmişə bu səbəbdən tənqidlərə məruz qalır. Belə vəziyyətdə vacib olan ifadə azadlığıdır. ABŞ-da əgər vətəndaş istəsə axmaq olmaq haqqına da malikdir. Bu, Amerikada normal qarşılanır. Fikrimcə hər kəs buna dözümlü münasibət göstərməlidir.",-deyə Con kerri əlavə edib.

Geri qayıt