Əsas Səhifə > Sosial, Manşet > NÖVBƏTİ ANTİKORRUPSİYA HƏDƏFİ: GÖMRÜK

NÖVBƏTİ ANTİKORRUPSİYA HƏDƏFİ: GÖMRÜK


27-02-2013, 14:39
NÖVBƏTİ ANTİKORRUPSİYA HƏDƏFİ: GÖMRÜK
AYDIN ƏLİYEVLƏ BAĞLI ARAŞDIRMALARA BAŞLANILIB: DAHA KİMLƏR VAR?

DİA.AZ: - Keçən günlərdə məlumat verərək bildirmişdik ki, antikorrupsiya tədbirlərinin növbəti hədəflərindən biri gömrük orqanları ola bilər. Artıq bu yöndə kifayət qədər ciddi tədarüklərin həyata keçirilməsi barədə DİA.AZ-a çox ilginc məlumatlar daxil olub.

Bilgili qaynaqlardan sızan informasiyalardan belə məlum olur ki, Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin və ona yaxın bir neçə gömrük məmurunun adı ilə keçən çox ciddi korrupsiya faktlarının əks olunduğu materiallar birbaşa olaraq hakimiyyətin üst düzəyinə çatdırılıb.

Mənbənin söylədikləri: «Bu faktlar da təsdiqləyir ki, ortada çox ciddi yeyinti faktı var və hətta dövlət büdcəsinə külli miqdarda zərərin «vurulmasından» yuxarı instansiyalar belə xəbərsiz olublar. Təxminən son dörd ili əhatə edən bu sənədlərə inanılarsa, o zaman 1 milyard manatın üzərində pulun məniimsənilməsi aşkara çıxır».

Artıq bu məsələ ilə əlaqədar xüsusi maliyyə qruplarının araşdırmalara başladığını bildirən qaynaq onu da əlavə etdi ki, əgər iddialar sübuta yetirələrsə, hətta yüksək ranqlı gömrük məmurlarının həbsi belə gözlənilir.

Geri qayıt