Əsas Səhifə > Dünya > MİŞEL OBAMADAN MARAQLI AÇIQLAMA
MİŞEL OBAMADAN MARAQLI AÇIQLAMA28-02-2013, 10:26 |
ONUN ƏRİNİ KİM QOCALDIR? ABŞ prezidenti Barak Obamanın saçlarını ölkənin problemləri yox, qızları ağardır. ANS PRESS-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, bunu ABŞ-ın birinci xanımı Mişel Obama deyib. Xanım Obama Amerikanın ən məşhur səhər proqramı olan "Günaydın Amerika"nın qonağı olub. Aparıcı ona "silah, vətəndaşlıq haqqında qanun, büdcə kəsikləri prezidentin saçlarını ağartdı deyəsən" deyə sual verib. Obamanın cavabı isə belə olub. "Onun saçlarını işi deyil, qızları ağardır. Barak Malianın bir bayrama getmək üçün geyindiyi paltarı görəndə üzünün ifadəsi dəyişir. Malia da elə bil atasını tanımırmış kimi yanından keçəndə o "bu qız kimdir?" deyə soruşur. Qızlarının yaratdığı stres Barakın saçlarında hiss edilir". Qeyd edək ki, Ağ evə gələndə Obamanın qızları Saşa və Malinanın 7-11 yaşları var idi. Malia artıq 14 yaşlı gənc qız olub. Sevgililər günü olan 14 fevralda jurnalistlərdən biri Barak Obamadan Malinanın sevgilisinin olub-olmadığını soruşub. "O qədər mühafizəçinin içərisindən keçib onunla sevgili olmağı bacaran ürəkli bir gənc varsa onu görmək istəyərəm", - deyə ABŞ prezidenti zarafat edib. Geri qayıt |