Əsas Səhifə > Partiya > YƏHUDİ DEPUTAT RƏSUL QULİYEVƏ CAVAB VERDİ
YƏHUDİ DEPUTAT RƏSUL QULİYEVƏ CAVAB VERDİ28-02-2013, 10:56 |
"ONUN BƏYANATLARI GÜLÜNC SƏSƏLƏNİR" “Rəsul Quliyev özünü o qədər hörmətdən salıb ki, artıq onun siyasi bəyanatları da gülünc səslənir”. Bu sözləri Editor.az-a açıqlamasında Milli Məclisin deputatı Yevda Abramov söyləyib. Xatırladaq ki, uzun fasilədən sonra yenidən siyasi fəaliyyətə qayıdan Açıq Cəmiyyət Partiyasının (ACP) lideri Rəsul Quliyev partiyasının yenidən qurulması üçün böyük məbləğdə maliyyə ayırsa da, deyəsən siyasi perspektivlərinin olmadığını görüb, hazırda bu məsələni partiya üzvlərinin üzvlük haqları hesabına yoluna qoymaq istəyir. Bununla bağlı məlumat “Yeni Müsavat” qəzetinə ACP Ali Məclisinin üzvlərindən biri tərəfindən daxil olub. Yayılan informasiyanı təkzib etməyən ACP lideri Rəsul Quliyev bu məsələnin indi deyil, partiya Ali Məclisinin qarşıdan gələn sessiyasında müzakirəyə çıxarılacağını deyib. Millət vəkili Yevda Abramov hesab edir ki, Rəsul Quliyev bir siyasətçi kimi çoxdan bitib və onun hakimiyyətə gələcəyi ilə bağlı açıqlamaları xam xəyaldan başqa bir şey deyil: “Həm bir millət vəkili, həm də ictimaiyyətin fəal nümayəndəsi olaraq Rəsul Quliyevin açıqlamalarına ciddi yanaşmıram. Çünki onun özü ciddi siyasətçi deyil. 2005-ci ildə bəyan edirdi ki, Azərbaycana qayıdacaq. Öz günahsızlığını sübut edə bilməyəcəyini bilib, məhkəmədən qorxaraq, ölkəyə qayıtmaqdan imtina etdi. Bundan sonra o, öz siyasi süqutu ilə barışmalı idi. Əslinə qalsa, bir neçə il kənara çəkilsə də, son aylar yenidən fəallaşıb. Onun yenidən Azərbaycana qayıdacağı ilə bağlı açıqlamaları qeyri-ciddi siyasətçi olmasına dəlalət edir. Görünür artıq özü də anlayır ki, siyasi perspektivləri yoxdur və bu səbəbdən partiyaya pul xərcləmək istəmir”. Geri qayıt |