Əsas Səhifə > Partiya > "HAKİMİYYƏT ÖZÜNƏ LAZIM OLANDA"...
"HAKİMİYYƏT ÖZÜNƏ LAZIM OLANDA"...28-02-2013, 11:28 |
..."RƏSULZADƏ İLƏ ÖYÜNÜR" Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov Amerikanın “Huffington Post” qəzetinə müsahibə verib. Əli Həsənov sözügedən müsahibədə Azərbaycanın daim sivilizasiyaların qovuşduğu, Şərqin Qərblə, xristianlığın Islamla görüşdüyü yer, tarixi Ipək Yolunun bir hissəsi, eləcə də Avropanın bir parçası olduğunu deyib. PA rəsmisinin sözlərinə görə, Azərbaycan xristianlığın, Islamın və yəhudiliyin dinc yanaşı yaşadığı çox az ölkələrdən biridir. O həmçinin Azərbaycanın 1918-ci ildə qadınlara ilk dəfə seçki hüququ verən, qadınlar üçün məktəblərin və opera teatrının açıldığı ölkə, Şərqdə ilk demokratik respublika olmağıyla fəxr etdiyini söyləyib. Bir sözlə, Əli Həsənov xarici mətbuata müsahibəsində təmsil etdiyi hakimiyyətin nailiyyətlərindən deyil, daha çox tarix və keçmişlə bağlı fəxr etdiyimiz məsələlərdən danışıb. Doğrudur, belə bir keçmişə sahib olmaq hər bir azərbaycanlı üçün fəxrdir. Amma maraqlıdır ki, hakimiyyət rəsmisinin əcnəbi mətbuata açıqladığı, öyündüyü məqam - Şərqdə ilk demokratik cümhuriyyətin məhz Azərbaycan olması qalan vaxtlarda yada düşmür. Yəni, xaricilər qarşısında fəxredici bir quruluş kimi təqdim olunan Demokratik Cümhuriyyət hökumət daxilində öz dəyərini zaman-zaman almayıb. Məsələ ilə bağlı fikirlərini bölüşən yazıçı-publisist Mehriban Vəzir deyir ki, əslində, hakimiyyətin özünü varis hesab etmədiyi bir cümhuriyyətlə öyünməsi absurddur. Mehriban xanımın sözlərinə görə, hakimiyyət nümayəndələri özləri dəyər vermədiyi bir məsələ ilə lazım gələndə öyünürlər. Hətta bundan istifadə də edirlər. Bu isə, onların dediklərilə əməllərinin üst-üstə düşməməsi deməkdir: “Sözügedən müsahibədə qadın azadlığı göstəricilərinə gəlincə, qeyd edim ki, bu gün Azərbaycan post-sovet məkanında gender səviyyəsi ən aşağı olan ölkədir. Azərbaycanda qadınların idarəetmədə, qərar vermədə iştirakçılığı çox bəsit vəziyyətdədir”. M.Vəzirin fikrincə, Cümhuriyyətin varlığıyla öyünmək azdır, real əməldə onun ənənələrini davam etdirmək təcrübəsi olmalıdır. Görünən mənzərə isə budur ki, indiki iqtidar ADR-in fəaliyyətini tənəzzülə uğratmaqla məşğuldur. - See more at: http://www.azadliq.info/xeberler/358-xeber/27787-hakimiyyet-ozune-lazim-olanda-resulzade-ile-oyunur.html#sthash.5N61qtI8.dpuf \ azadliq.info \ Geri qayıt |