Əsas Səhifə > Sosial, Manşet > GÜLƏR ƏHMƏDOVA MEHDİYEVƏ QARŞI İFADƏ VERİB
GÜLƏR ƏHMƏDOVA MEHDİYEVƏ QARŞI İFADƏ VERİB28-02-2013, 11:48 |
ŞOK İDDİA: KEÇMİŞ YAP-ÇI DEPUTATDAN XÜSUSİ ADAMLAR İFADƏ ALIBLAR DİA.AZ: - Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin təcili qisas tədbirlərinə əl atdığı və bu zaman da bir neçə istiqamətə hücuma keçməsi barədə məlumat vermişdik. Bildirək ki, keçmiş rektor Elşad Abdullayevin videobombardmanlarının əsas hədəfi olan PA şefi müxtəlif gedişlərlə vəziyyətdən çıxmağa çalışmaqla yanaşı, həmçinin gündəmin dəyişdirilməsi üçün də ciddi çaba sərf etməkdədir. Hətta ona bu işdə müxalifətdəki əlaltılarının da kifayət qədər xiddi dəstək verməsi bir faktdır. DİA.AZ-a daxil olan informasiyalardan aydın olur ki, bu gün aşkar surətdə əmək və əhalinin sosial müdafiəsi nazirliyinə (bu gün Əli Həsənovun nəzarətində olan «Kaspi» qəzetində Füzuli Ələkbərov açıq şəkildə hədəfə çevrilib -red.) və müdafiə nazirliyinə qarşı aparılan kampaniyanın arxasında dayanan Ramiz Mehiyevin adamları əslində bu yolla Gülər Əhmədovanın, Sevinc Babayevanın, İlham Pirməmmədovun, Alı Qocayevin və digərlərinin adlarının da keçdiyi mandat bazarlığını unutdurmağa çalışır. Amma bu məsələ ilə əlaqədar enində-sonunda Ramiz Mehdiyevin də qapısının döyüləcəyini bildirən mənbəmiz söyləyib ki, artıq bunun üçün çox ciddi faktlar da toplanılıb. Mənbəmizin şok məlumatına görə, ən ilginc faktlar isə hazırda həbsdə saxlanılan keçmiş YAP-çı deputat Gülər Əhmədovanın dilindən alınıb. Qaynağın iddia etdikləri: «Gülər Əhmədovadan xüsusi şəxslər - istintaq qrupuna aidiyyatı olmayan, amma birbaşa olaraq «yuxarıların» göstərişini icra edən şəxslər ifadə alıblar. Keçmiş deputat Ramiz Mehdiyevi ifşa edən çox ciddi faktları açıqlayıb ki, bu hadisə də videolentə alınıb». Təbii ki, belə bir addımın atılması səbəbsiz deyil. Mənbəmiz bildirir ki, əgər Gülər Əhmədovadan Ramiz Mehdiyevin əleyhinə ifadə alınırsa, deməli, bu istiqamət üzərə hüquqi addımların atılması üçün niyyət var: «Bu niyyətin isə qərara dönüşəcəyi şübhəsizdir». Geri qayıt |