Əsas Səhifə > Dünya > MÜXALİFƏTÇİ KEÇİD HÖKUMƏTİNƏ BAŞÇILIQ EDƏCƏK
MÜXALİFƏTÇİ KEÇİD HÖKUMƏTİNƏ BAŞÇILIQ EDƏCƏK28-11-2011, 11:15 |
ÜSYAN ÖZ NƏTİCƏSİNİ VERDİ Yəmən prezidentinin səlahiyyətlərini icra edən vitse-prezident Əbd-Rəbbihi Mənsur Hadi yeni sərəncam verib. “Media forum” saytının məlumatına görə, noyabrın 27-də imzalanmış sərəncamla müxalif lider Məhəmməd Basindva baş nazir təyin olunub. Vaxtilə xarici işlər naziri postunu tutmuş Məhəmməd Basindva 2001-ci ildə hakim partiyadan çıxaraq müxalifətə keçib. Bu ilin əvvəlindən başlayan Yəmən üsyanının liderlərindən olan Məhəmməd Basindva keçid hökuməti quracaq. Həmin hökumət 2012-ci il fevralın 21-də keçiriləcək prezident seçkisinədək səlahiyyətli olacaq. 1978-ci ildən prezident kürsüsünü tutan Əli Abdulla Saleh ötən həftə hakimiyyətin müvəqqəti hökumətə təhvil verilməsini əks etdirən sənədləri imzalayıb. Mərasim noyabrın 23-də Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilib. Hakimiyyətdən getməsi müqabilində Əli Abdulla Saleh toxunulmazlıq hüququ qazanıb. Yəməndə yanvar ayından başlayan xalq üsyanında 1500-dən çox adam həlak olub. Geri qayıt |