Əsas Səhifə > Şou-biznes > MÜĞƏNNİ VƏ JURNALİST XOŞBƏXTLİYİ...

MÜĞƏNNİ VƏ JURNALİST XOŞBƏXTLİYİ...


13-09-2011, 18:08
MÜĞƏNNİ VƏ JURNALİST XOŞBƏXTLİYİ...
CÜTLÜK, 4 İLLİK FASİLƏDƏN SONRA YENİDƏN DUET YAZDIRIB

Mehrim və Cavanşir Babəlioğlu yenidən birləşdilər. Anspress-in məlumatına görə, 2007-ci ildən əl-ələ verib, duet oxuyaraq şou-biznesə qədəm qoyan bu cütlük, 4 illik fasilədən sonra yenidən duet yazdırıblar.

Jurnalist, bəstəçi və müğənni Cavanşir Babəlioğlu və öz fərqli ifası ilə seçilən müğənni Mehrimin yeni duetləri “Xoşbəxtəm səninlə” adlanır. Mahnının sözləri Cavanşirin özünə, musiqisi Valeh Əhmədə aiddir. Mahnını Elvin Musayev oranjiman edib.

Hal-hazırda Bakıda olmayan cütlük yeni layihə üzərində çalışmaq üçün başqa şəhərdədirlər. Duet ortaqları harada olduqları, yəni hansı ölkədə, hansı şəhərdə olduqlarını gizli saxlamağımızı istədilər. Deyəsən, Mehrimlə Cavanşirin tamaşaçılara sürprizi var.

Geri qayıt