Əsas Səhifə > Siyasət, Manşet > İRANI BİTİRƏCƏK ADDIM

İRANI BİTİRƏCƏK ADDIM


28-11-2011, 11:30
İRANI BİTİRƏCƏK ADDIM

«İRAN ORDUSUNDA TÜRK MİLLƏTÇİSİ OLAN AZƏRBAYCANLI ZABİTLƏR VAR»

DİA.AZ: - «Son günlər hakimiyyətlə beynəlxalq qurumlar arasında aparılan danışıqlar daha da intensivləşib. Doğrudur, hələlik bu danışıqların cəmiyyətdə hansısa formada təzahürü müşahidə olunmur, amma buna rəğmən məsələlər çox ciddidir». Bildirək ki, bu açıqlamanı redaksiyamıza hakimiyyət içindəki mötəbər mənbələrdən almışıq.

Etibarlı mənbənin «Dünya» İnformasiya Agentliyi redaksiyasına (dia-az.life) bildirdiklərinə görə, YAP iqtidarının durumu heç də həsəd aparılacaq səviyyədə deyil: «Azərbaycanı kimlərsə bir ada kimi təsəvvür etsə də, regionda proseslərin sürətli şəkildə dəyişməsi ölkəmizdən yan keçməyəcək. Yəni ada məsələsinə inananlar yanılırlar. Və bu gün Azərbaycanın yerləşdiyi geosiyasi məkanda çox ciddi hadisələr baş verməkdədir».

Mənbəmizə görə, beynəlxalq konsorsiumun hədəfində olan İran və eləcə də rəsmi Tehranın regionda və dünyadakı əsas müttəfiqi olan Rusiya Azərbaycan iqtidarına müxtəlif yollarla təzyiqlər etməkdədir: «Əgər bu gün Qərb dairələri demokratikləşmə tələbi ilə açıq təzyiqlərlə özlərini hiss etdirirlərsə, Rusiya daha çox görünməyən təzyiqlərə üstünlük verir. Tehranın isə bizə münasibəti tam ayındır. Hətta Rusiya ilə Azərbaycan iqtidarının münasibətlərinin qaydasında olması belə, Kremlin müttəfiqi olan fars-molla rejiminin Azərbaycana münasibətinin hansısa formada yumşalmasına nədən olmur».

Bunu Azərbaycan iqtidarının bir çox məsələlərdə İranla toqquşması ilə əlaqələndirən mənbəmizə görə, İrandakı molla rejimi bundan sonra da rəsmi Bakı ilə hədə dilində danışacaq: «Bizim İranla toqquşmağımız qaçılmazdır. Doğrudur, İran Azərbaycana hərbi müdaxilə edə bilməz. Bu, fars-molla rejiminin sonu ilə nəticələnə bilər. Onlar bu gün Azərbaycanı hədəlyirlər və Bakını, neft mədənlərini bombalayacaqlarını bildirirlər. Amma bunu edə bilməzlər».

Mənbəmizə görə, İrandakı Azərbaycan türkü çoxluğu İran ordusunun durumuna da təsir göstərib: «Qərbin analitikləri, kəşfiyyatı İran ordusu ilə bağlı hər gün məlumatlar toplayır. Və məlum olur ki, İran ordusunun 70 faizi Azərbaycan türklərindən təşkil olunub. Və bu orduda müəyyən bir qrup zabit korpusu mövcuddur ki, onları türk millətçiləri kimi də qəbul etmək olar. Həm bu səbəb və həm də Qərbin İranın Azərbaycana hər hansı hərbi müdaxiləsiə verəcəi sərt reaksiya rəsmi Tehrana baha başa otura bilər və bu hadisə həm də İranı bitirər».


Geri qayıt