Əsas Səhifə > Sosial, Manşet > RAMİZ MEHDİYEVLƏ BAĞLI DOSYA TAM OLARAQ HAZIRDIR
RAMİZ MEHDİYEVLƏ BAĞLI DOSYA TAM OLARAQ HAZIRDIR1-03-2013, 10:07 |
PA ŞEFİNİN ƏMƏLLƏRİ BARƏSİNDƏ HÜQUQİ ADDIM NƏ ZAMAN ATILA BİLƏR DİA.AZ: - Dünən məlumat verərək bildirmişdik ki, hazırda həbsdə saxlanılan keçmiş YAP-çı deputat Gülər Əhmədovadan Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə qarşı ifadə alınıb. Bildirək ki, bu şok məlumat böyük ajiotaja nədən oldu və hətta mətbuata açıqlama verən Gülər Əhmədovanın vəkili belə bir hadisənin olmadığını söylədi. Halbuki xəbərimizdə də vurğulamışdıq ki, ifadə istintaq qrupu tərəfindən yox, xüsusi şəxslər tərəfindən Gülər Əhmədovanın razılığı ilə götürülüb. Və bütün hadisə videolentə köçürülüb. Odur ki, vəkilin xəbərsiz olması mümkündür. Çünki yaydığımız xəbərdə vəkilin iştirakı barədə heç nə deyilmirdi. Bununla bağlı DİA.AZ-a daxil olan son məlumatlardan isə aydın olur ki, əslində Gülər Əhmədovanın bu şəkildə danışdırılması onun özünün təhlükəsizliyi baxımından da məqsədəmüvafiqdir. Mənbənin söylədikləri: «Məlumdur ki, mandat bazarlığında əsas şahidlərdən biri olan Sevinc Babayeva Türkiyədə müəmmalı şəkildə dünyasını dəyişdi. Elə Gülər Əhmədovanın da həyatının təhlükə altında olması xəbəri var idi. Bu barədə keçmiş rektor Elşad Abdullayev də xəbərdarlıq etmişdi, eyni zamanda Gülər Əhmədovanın özü də narahatçılıq içində olduğunu gizlətmirdi». Xatırladaq ki, məhz təhlükəsizliyinə təminat baxımından Gülər Əhmədovanın onu təhdid edən qüvvələrə qarşı əlindəki faktları bir neçə ünvanda saxlaması barədə də xəbərlər yayılmışdı ki, bunda da yeganə məqsəd məhz təhlükəsizliyin təminatı idi. Mənbəmiz iddia edir ki, əslində bu gün Gülər Əhmədova üçün ən münasib yer məhz həbsxanadır: «Sevinc Babayevanın ölümündə kifayət qədər şübhələr var. Gülər Əhmədovanın isə həddən-ziyadə informasiyalı olduğu faktdır və kimlərsə onun aradan götürülməsində maraqlı ola bilərlər». Mənbəmiz onu da bildirdi ki, Gülər Əhmədovadan alınan ifadələr əsasında hərəkətə keçilə bilər: «Yəni söhbət Ramiz Mehdiyevə qarşı hüquqi addımların atılmasından gedir. Artıq dəlil-sübutlar tam olaraq toplanılıb. Sadəcə olaraq, qərarı dövlət başçısı verməlidir. Çünki bu həm də siyasi qərardır. Nə zamandır Rusiyanın məhz Ramiz Mehdiyevlə bağlı təlaşlı durum səbəbindən Azərbaycana hansı təzyiqlər etdiyinə şahidlik edirik»… Geri qayıt |