Əsas Səhifə > Şou-biznes > RƏQSANƏ İSTANBULA GEDİR

RƏQSANƏ İSTANBULA GEDİR


28-11-2011, 11:54
RƏQSANƏ İSTANBULA GEDİR

“AZƏRBAYCANLI QADIN MƏNƏ BU TƏKLİFİ DƏYƏRLƏNDİRMƏYİ MƏSLƏHƏT GÖRDÜ”

Müğənni Rəqsanə noyabrın 29-da İstanbula yola düşür.

O, türk şou-biznesinə qoşulmaq məqsədi ilə aldığı təklifi araşdırmaq üçün şirkət nümayəndələri ilə görüşəcək. Sənətçi Milli.Az xəbər portalına bildirib ki, ümumi razılıq əldə olunarsa, onun 3 aya yaxın Türkiyədə qalacağı ehtimalı var:

"Şərtlər bildiyim qədər çox ağırdır. Amma orada yaşayan Arzu adında azərbaycanlı qadın mənə bu təklifi dəyərləndirməyi məsləhət gördü. Qeyd edim ki, şirkət rəhbərliyi mənim "Sevdim" mahnımı dinlədikdən sonra əməkdaşlıq qərarını verib. Daha sonra digər mahnılarımla da tanış olub".

Rəqsanənin təkliflə razılaşdığı təqdirdə ona Türkiyədə yaşamaq çətin olacaq.

"Ailəmdən uzaqlaşmaq, yaradıcılığımı bir neçə ay axsatmaq çətin olacaq. Artıq Məhərrəmlik ayına yaxınlaşmışıq, hələlik toylar yoxdur. Ona görə səfəri bu zamana keçirdim. Onu da əlavə edim ki, müqavilə imzalandığı təqdirdə əməkdaşlığın ilkin mərhələsi olaraq yeni mahnı və klip çəkilişi olacaq. Paralel olaraq bir neçə verilişdə iştirakım nəzərdə tutulub. Daha sonra konsertlər təşkil ediləcək", - deyən Rəqsanə bildirdi ki, Türkiyə səfəri zamanı o, "Xəzər" televiziyasının "Ay Zaur" verilişinin orada aparılacaq çəkilişində də iştirak edəcək.


Geri qayıt