Əsas Səhifə > Güney Press, Üçüncü sektor > MİSİR MƏRDANOV CƏZA MAŞININI İŞƏ SALIB

MİSİR MƏRDANOV CƏZA MAŞININI İŞƏ SALIB


1-03-2013, 10:51
MİSİR MƏRDANOV CƏZA MAŞININI İŞƏ SALIB
BAKI MÜƏLLİMLƏRİNƏ TÖHMƏT VERİLDİ

Təhsil Nazirliyinin "Qaynar xətt" xidmətinə (telefon: 146, elektron poçt ünvanı: [email protected]) daxil olan müraciətlərin araşdırılması nəticəsində Bakının 146 nömrəli tam orta məktəbin fizika müəlliminə töhmət verilib, 171 nömrəli məktəbin riyaziyyat müəlliminə isə xəbərdarlıq edilib.
Təhsil Nazirliyindən cümə günü Trend-ə verilən məlumatan görə, bu ilin yanvar ayında 658 müraciət daxil olub. Müraciətlərin 67-i şikayət xarakterli olub.
Yanvar ayında "Qaynar xətt" xidmətində ümumi təhsil müəssisələri ilə bağlı 47 şikayət qəbul edilib. Bakı şəhərindən 23, Sumqayıt şəhərindən 2, Gəncə şəhərindən 2, Qəbələ rayonundan 4, Biləsuvar, Şəki, Gədəbəy, Lerik rayonlarının hər birindən 2, Qusar, Ağcabədi, Neftçala, İsmayıllı, Bərdə, Xaçmaz, Tərtər, Qazax rayonlarının hər birindən 1 şikayət daxil olub.
Həmin şikayətlərin əksəriyyəti tədris müəssisələrində istilik sisteminin qaydasında işləməməsi, texniki avadanlıqlar üçün pul yığılması, direktorların idarəetmədə yol verdiyi nöqsanlar və digər bu kimi məsələləri əhatə edib. Yanvar ayında ali və orta ixtisas təhsili müəssisələri ilə bağlı daxil olan müraciətlərin 19-da şikayət və nöqsanlardan bəhs edilir.
Onlardan da 9-u dövlət, 6-sı özəl ali, 4-ü isə orta ixtisas təhsili müəssisələri ilə əlaqədardır.

Geri qayıt