Əsas Səhifə > Sosial, Manşet > MOLLA REJİMİ AZƏRBAYCANA QARŞI BƏYANAT VERDİ

MOLLA REJİMİ AZƏRBAYCANA QARŞI BƏYANAT VERDİ


1-03-2013, 12:10
MOLLA REJİMİ AZƏRBAYCANA QARŞI BƏYANAT VERDİ
İRANA AİD BİR NEÇƏ TƏŞKİLAT MÖVSÜM SƏMƏDOVUN HƏBSİNƏ ETİRAZ EDİR

DİA.AZ: - Hazırda həbsdə saxlanılan Azərbaycan İslam Partiyasının sədri Mövsüm Səmədova fars-molla rejimi tərəfindən son günlər çox ciddi dəstək verilməkdədir. Artıq İranın rəsmi dilləri ilə yanaşı, ayətullahlarıi və qondarma qeyri-hökumət təşkilatları da AİP sədprinin həbsini bəhanə edərək Azərbaycan dövlətinə qarşı bir-birinin ardından bəyanatlar verməkdədirlər.

Belə bir yeni bəyanatın da xəbəri İranın xüsusi xidmət orqanlarının diqtəsi ilə hərəkət edən və Azərbaycan əleyhinə fəaliyyəti ilə diqqətə gələn «AranNews» portalında yer alıb. DİA.AZ olaraq həmin məlumatı olduğu kimi diqqətinizə təqdim edirik:

«İslam İnsan Hüquqları Komissiyasının şimal-qərb ofisinin ictimai əlaqələr şöbəsində alınan məlumata görə bu ofisin təşəbbüsü ilə keçirilən "Siyasi, yoxsa məhkumluğu" konfransının sonunda insan hüquqları köməkçiləri tərəfindən bəyanat qəbul edilib. Bəyanatın mətni aşağıdakı kimidir:

Azərbaycan İslam Partiyasının sədrinin həbs hökmünün bu ölkənin Ali Məhkəməsi tərəfindən ədalətsiz olaraq qüvvədə saxlanılması bir daha Azərbycan Respublikasının məhkəmə sistemini hüquqi camiəsinin qəzavəti qarşısına çıxardı.

Azərbaycan Respublikasının orta məktəblərində hicab qadağasından və Səmədovun bu qadağaya və digər dini məhdudiyyətlərə, sosial problemlərə bərk etirazının ardınca həbsi və ona qarşı ağır hökmün çıxarılması, onlarla digər iş sənədləri kimi Azərbaycanın məhkəmə sisteminin şikayətlərə əhəmiyyət verməməsini zehinlərdə formalaşdırmışdı. AİP sədrinə 12 il zindan hökmü və ona qarşı yürüdülən əsassız ittihamlar bu məsələni bir az da gecləndirdi.

Azərbaycanın Ali Məhkəməsinin bu hərəkəti bu ölkənin konstutusiyasi və beynəlxalq hüquq normaları ilə zidd olmasında heç bir şübhə yoxdur.

Bu qanun pozuntularından bəzilərinə işarə edirik:

- AİP sədrinin tənqidi çıxışına görə həbsi konstutusiyanın 47-ci maddəsinin 1 və 2-ci hissələri ilə tamamilə ziddir. Bu hissələrdə aşkar surətdə deyilir: "I.Hər kəsin fikir və söz azadlığı vardır.

II. Heç kəs öz fikir və əqidəsini açıqlamağa və ya fikir və əqidəsindən dönməyə məcbur edilə bilməz."

- Doktor Səmədovun yaxşılığa dəvət və pislikdən çəkindirmək kimi öz dini vəzifəsini yerinə yetirməsinə xatir tənqidi çıxışına görə onu həbs etmək, ağır və qeyri-münasib hökm çıxarmaq Beynəlxalq İnsan Hüquqları Bəyannaməsinin 3-cü maddəsi və BMT-nin Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktının 16 dekabrda qəbul edilmiş 18 və 19-cu maddələri, 1411-ci il 12 Məhərrəmdə (1990-cı il 5 avqust) İslam Əməkdaşlıq Təşkilatının xarici işlər nazirlərinin Qahirədəki toplantısında qəbul edilmiş İslam İnsan Hüquqları Bəyannaməsinin 20 və 22-ci maddələri ilə ziddir.

- Doktor Səmədova qarşı silah saxlamaq və təhlükəsizliyə xələl gətirici hərəkətlər etmək kimi əsassız ittihamlar irəli sürmək onun ictimai şəxsiyyəti ilə uyğun olmadığından ümumi fikir və insan haqları dairələri tərəfindən qəbul edilmir. Bu əsassız ittihamlar ən aşkar hüquq prinsipləri və beynəlxalq normaların insan kəraməti adlandırdığı qanunlarla ziddir. (Nümunə üçün bax: BMT-nin Nizamnaməsi: müqəddimə və 3-cü hissə)

- Doktor Səmədovun və digər islamçıların qeyri-standart və nəmli həbsxanalarda saxlanılması, belə ki, indiyə kimi iki islamçının ölümünə və doktor Səmədovun xəstəliyə düçür olmasına səbəb olmuşdur – həmçinin, xəstə məhbusların həbsxana şəraitindən kənarda mütəxəssis həkim tərəfindən müalicəsinə şərait yaratmamaq beynəlxalq qaydalara ziddir (BMT-nin məhbuslarla davranmada standartlara riayət etmək qaydaları və 13 may 1977-ci ildə qəbul edilmiş Məhbusların hüquqları haqqında Konvensiyası).

- Doktor Səmədov və digər məhbuslar barəsində siyasi məhbusların ibtidai hüquqlarının riayət edilməməsi, o cümlədən məzuniyyət və mətbuat verilməsi13 may 1977-ci ildə qəbul edilmiş Məhbusların hüquqları haqqında Konvensiyası ilə ziddir.

- Doktor Səmədovun davamlı olaraq dindirilməsi və ondan silah saxlamasına və təhlükəsizliyə qarşı hərəkət etməsinə aid etiraf alınmasına çalışmaq onun işgəncə olunmasını sübuta yetirir və bu BMT-nin 1984-cü il 10 dekabrda qəbul etdiyi işgəncələri qadağan edən qanunları ilə ziddir.

İnsan hüquqları köməkçiləri Təbrizdə öz dinin vəzifə və missiyasını yerinə yetirmək istiqamətində Azərbaycan Respublikasının dövlət rəsmilərini və məhkəmə sisteminin məsullarını İslam hökmlərinə və beynəlxalq qanunlara riayət etmələrinə dəvət etməklə yanaşı bildirir ki, Bakı Ali Məhkəməsinin doktor Səmədovun həbs hökmünün qüvvədə saxlanılması məhkəmə yox, siyasi bir hərəkət kimi qiymətləndirir və Avropa insan haqları təşkilatlarından və İslam Əməkdaşlıq Təşkilatından söz azadlığı və insan haqları barədəki vəzifələrinə əməl etmələrini gözləyir.

Sonda bunu xatırlamağı lazım bilirik ki, Azərbaycan Respublikasının müsəlmanlarının İran İslam Respublikasının media fəallarından, hövzə və universitet müəllimlərindən, imam cümələrdən, həmçinin diplomatlarından intizarları budur ki, iki ölkənin dini təlimləri, tarixi və mədənin ortaqlıqları əsasında onları dəstəkləsinlər. Ümidvarıq ki, onların intizarlarının gerçəkləşməsi istiqamətində addım ataq».

Geri qayıt