Əsas Səhifə > Sosial, Manşet > RƏSMİ BAKI RUSİYA VƏ ABŞ-A ELÇİLƏR GÖNDƏRDİ

RƏSMİ BAKI RUSİYA VƏ ABŞ-A ELÇİLƏR GÖNDƏRDİ


4-03-2013, 10:26
RƏSMİ BAKI RUSİYA VƏ ABŞ-A ELÇİLƏR GÖNDƏRDİ
SAAKAŞVİLİNİN SON XƏBƏRDARLIĞI İLƏ BAĞLI XÜSUSİ MİSSİYA HƏRƏKƏTDƏ

DİA.AZ: - Keçən həftənin ən səs-küylü hadisələrindən biri kimi diqqətə gələn gürcü prezident Mixail Saakaşvilinin Kremlin Azərbaycanda və Gürcüstanda çevriliş niyyətləri ilə bağlı verdiyi açıqlama ciddi şəkildə araşdırılmaqdadır. Bu barədə DİA.AZ-a Nazirlər Kabinetindəki mötəbər mənbə xəbər verib.

Xatırladaq ki, Saakaşvili Rusiyanın iki Cənubi Qafqaz ölkəsində dövlət çevrilişi tədarükündə olması barədə gürcü mətbuatına açıqlama vermişdi və həmin xəbərin ardından yayılan inormasiyalarda da qeyd olunurdu ki, Gürcüstanın dövlət başçısı Bakıya da əlində olan faktları Azərbaycan hakimiyyətinə təqdim etməsi üçün gəlibmiş. Eyni zamanda Saakaşvilinin İlham Əliyevdən Gürcüstan daxilindəki olaylarla əlaqədar dəstək istədiyi də söylənilir.

Qeyd edək ki, Azərbaycan Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Saakaşvilinin açıqlamalarına fərqli bir mövqe ilə reaksiya vermiş və bildirmişdi ki, Azərbaycan belə bir təhlükəni hiss etmir və bütün bunlar Gürcüstan prezidentinin öz fikirləridir.

Məlumatlı mənbənin DİA.AZ-a ötürdüyü informasiyaya görə, isə rəsmi Bakı artıq sözügedən istiqamətində ciddi araşdırmalara başlayıb. Mənbənin söylədikləri: «Təbii ki, Rusiyanın Azərbaycanda hansı oyunları planlaşdırdığı Saakaşviliyə qədər də Bakıya məlum idi. Və sadəcə olaraq gürcü prezidentin son səfərindən sonra bu istiqamətində görülən tədbirlər intensivləşdirilib».

Mənbəmizə görə, bu gün rəsmi Bakı həm Rusiya ilə danışıqlar aparılması üçün və həm də Qərbin dəstəyini təmin edə bilməsi üçün Moskvaya və Vaşinqtona nümayəndələr göndərib: «Azərbaycan Rusiyanın qonşusudur. Ehtiyatlı olmaq zorundayıq. Amma dünya düzəni heç də rusların istəyilə formalaşmır. Bunu da nəzərə almalıyıq».

Geri qayıt