Əsas Səhifə > Güney Press, Üçüncü sektor > LƏNKƏRANDA DİNİ DURUM NƏ YERDƏDİR?
LƏNKƏRANDA DİNİ DURUM NƏ YERDƏDİR?4-03-2013, 10:41 |
REAL DURUM MƏTBUATA HANSI FORMADA YANSIYIR? Bir neçə gün əvvəl mətbuatda belə bir məlumat yer aldı ki, Lənkəranda dindarlar yürüşə hazırlaşır. Bir çox portallar belə bir məlumatı yaydı ki, bu da müəyyən rezonanslara nədən oldu. Lakin bu xəbərin hardan qaynaqlandığını və məsələnin əslində nə yerdə olduğunu nə səbəbdən yarandığını öyrənmək istədik. Və araşdırmalara başladıq... Beləliklə son aylarda Lənkəranda dini zəmində bir neçə hadisə baş verdi və bu hadisələr xəbər saytlarında müxtəlif cür işıqlandırıldı. Lakin hadisələrə və bu gün Lənkərandakı dini duruma baxarkən əslində məsələnin heçdə göründüyü kimi olmadığı nəzərə çarpır. Nəzərə alsaqki cənub bölgəsi dini etiqad baxımından çox həssas bölgədir və bu həssaslıqdan kimsə adi bir xırdalığı əsas götürərək istifadə etmək istəyir onda məsələ tam aydın olur. Məsələn 1 həftə öncə 26 fevralda 1 qrup Lənkəranlı dindarın Xocalı faciəsi qurbanlarının xatirəsini yad etmək istəyərkən, guya onların polis tərəfindən saxlanıldığı məlumatı yayıldı. Lakin 1 gün sonra bu xəbərin yalan olduğu üzə çıxdı. Ümumilikdə bu kimi xəbərlər bəziləri tərəfindən tez-tez yayılır. Görünən odurki Lənkəranda dini durum heç də vahiməli deyil sadəcə bir zamanlar 90-cı illərin əvvəllərində İranda təhsil almış və nə zamansa oranın xüsusi xidmət orqanları ilə işləmiş bəzi dindarlardan istifadə etmək istəyirlərki aranı qarışdırsınlar. Lakin hadisələrin qarşısı vaxtında alınır və bu məcraya yönəlməsinə imkan verilmir. Baş verən hadisələri yerində araşdırdıq və aydın olduki son 2-3 ayda baş verən hadisələrə sadəcə dini don geydirmək istəyənlər var. Bu gün Lənkəranda dini durum tam nəzarətdədir. Lənkəran şəhər icra hakimiyyətinin apardığı məqsədyönlü tədbirlər nəticəsində bütün dindarlara eyni şərait yaradılır və dini etiqad azadlığı haqqında qanunun bütün tələblərinə əməl olunur. Təsadüfü deyilki bu yaxınlarda məhz Lənkəranda Dini məsələlər üzrə dövlət komitəsi Qafqaz müsəlmanları idarəsi ilə birlikdə Lənkəran şəhər icra hakimiyyətinin təşkilatı dəstəyi ilə bütün cənub bölgəsinin dindarları üçün 2 günlük seminar konfransları keçirdi və bu tədbirdə bütün cənub bölgəsinin dini icmalarının nümayəndələri ilə yanaşı dindarlıqla məşqul olan xanımlar və təhsil müəssələrinin işçiləri iştirak etdi. Ümumiyyətlə araşdırmalar nəticəsində məlum olduki Lənkəranda dindarlar üçün bütün şərait yaradılır və vaxtaşırı yeni yaranan dini icmaların dövlət qeydiyyatından keçməsinə köməkliklər olunur və bunun nəticəsidirki təkcə Lənkəranda 28 dini icma dövlət qeydiyyatından keçib. Bütün bunlar onu göstərirki Lənkəranda dini durum sabitdir, nəzarətdədir və hər şey heçdə kimlərinsə şou yaratmaq xatirinə yazdığı kimi deyil və bugünki hadisələrə hüquq mühafizə orqanları tam nəzarət edir. Eyni zamanda bu sabitlikdə Lənkəran şəhər icra hakimiyyətinin son 1 ildə apardığı səmərəli tədbirlər rol oynayır. Ümumiyyətlə şəhər icra başçının baş verən hadisələrə həssas və vaxtında reaksiya verməsi və nəinki dindarlarla eyni zamanda Lənkəranın ziyalıları və ağsaqqalları ilə səmimi münasibətləri mühüm rol oynayır. Peyman Sadıqov Lənkəran-Bakı Geri qayıt |