Əsas Səhifə > Şou-biznes > RAFAELLƏ COŞQUNDAN AĞIR İFADƏLƏR

RAFAELLƏ COŞQUNDAN AĞIR İFADƏLƏR


4-03-2013, 10:44
RAFAELLƏ COŞQUNDAN AĞIR İFADƏLƏR
“Biz üç saat arvad paltarı geyinib kişi kimi yaşayırıq, bütün ömrü boyu kişi paltarı geyinib matışkalıq eləmirik...”

İstedadlı gülüş ustaları Rafael İsgəndərovla Coşqun Rəhimovun builki “Bu şəhərdə” konserti qalmaqallar yarada bilər. “Qafqazinfo” xəbər verir ki, artıq üç gündür davam edən və builki adı “Ər işdə” adalanan konsertdə Rafaellə Coşqun oynadıqları gülüş səhnələrində ünvanlarına səslənən ittihamlarla bağlı bir neçə ciddi məqama reaksiyalarını bildiriblər. Bu sataşmalar gülüş ustalarının əsasən özləri ilə bağlı məsələlər ətrafında olub. Belə ki, bu yaxınlarda millət vəkili Fazil Mustafa tərəfindən arvad palatarı geyindiyinə görə tənqid olunan Rafaellə Coşqun demək olar ki, konsert boyu müxtəlif səhnələrdə bu hadisəyə öz etirazlarını bildiribər. Bəzən yersiz görünən bu repliklar zamanı səhnələrin birində ad çəkməsələr də bəlli ünvana ağır ifadələr işlədiblər: “Deyirlər Rafaellə Coşqun arvad paltarı geyinir. Onlar üç saat arvad paltarı geyinib kişi kimi yaşayırlar, bütün ömrü boyu kişi paltarı geyinib matışkalıq eləmirlər”.

Daha sonra aktyorlar yenədə ad çəkmədən ANS televiziyasına və onun prezidenti Vahid Mustafayevə sataşaraq telekanalın reytinqsizlikdən əziyyət çəkdiyini, onları göstərməklə özünə reytinq topladğını bildirilbər. Vahid Mustafayevin yeni çəkdiyi və son günlər ən çox müzakirə mövzusuna çevirilən “Xoca” filminə də toxunan sənətçilər “Çəkdiyi film də, onun mahnısı da plagiatdır”-deyiblər.

Konsertdə son aylar Azərbaycanın ictimai-siyasi həytatında ən çox müzakirə olunan “Əkrəm Əylisli” mövzusu da gündəmdə olub. Aktyorlar səhnələrin birində mövzuya “Tarixini bilməyən uşağın axırı Əkrəm Əylisli olar”-replikasını veriblər.

Yeri gəlmişkən, on gün davam edəcək konsertə bütün biletlərin satıldığı bildirlir.

Geri qayıt