Əsas Səhifə > Sosial, Manşet > TƏXRİBATÇILARI HANSI MƏMUR MALİYYƏLƏŞDİRİR?
TƏXRİBATÇILARI HANSI MƏMUR MALİYYƏLƏŞDİRİR?4-03-2013, 11:40 |
RUSİYA AZƏRBAYCANLA BAĞLI QÜVVƏLƏRİNİ HƏRƏKƏTƏ KEÇİRMƏKDƏDİR DİA.AZ: - Qarşıdan prezident seçkiləri gəlir. Ölkənin bu günkü mənzərəsi də belə bir qənaət formalaşdırır ki, 2013-cü ilin 16 oktyabr tarixində keçirilməsi nəzərdə tutulan seçkilər özünün gərginlik ruhu ilə digərlərindən çox fərqlənə bilər. Bu isə rəsmi Bakının son illərdə yürütdüyü həm xarici və həm də daxili siyasətlə birbaşa əlaqəlidir. Belə ki, özünün dünya düzənindəki yerini müəyyənləşdirmə istiqamətində atdığı addımların nəticəsi olaraq bu gün aşkar surətdə Rusiya və İranın hədəfinə çevrilən Azərbaycan hakimiyyəti artıq təhlükə və təhdidlərlə bağlı ciddi siqnallar almaqdadır. DİA.AZ bildirir ki, həm son aylarda Rusiya paytaxtında Azərbaycanla bağlı yaranmış təşkilatlar, eyni zamanda ölkə içində Rusiyaya bağlı qüvvələrin fəallaşması, həm İrandan davamlı surətdə edilən təzyiqlər, hədələr və həm də Gürcüstan prezidenti Mixail Saakaşvilinin son açıqlaması belə bir təəssürat yaradır ki, bu seçki ilində Moskva Bakıda baş verənlərə heç də seyrçi qalmaq fikrində deyil. Təbii ki, bu həm də iqtidar daxilində Rusiyaya qulluq edən qüvvələrin də hədəfə alınması ilə birbaşa bağlıdır. Məlumatlı mənbələrin redaksiyamıza ötürdüyü informasiyalara görə, Rusiyanın Azərbaycandakı adamları bundan sonra da dinclik tapmayacaqlar: «Məlumdur ki, bu xətti təmsil edənlərdən biri tanınmış kinorejissor Rüstəm İbrahimbəyov idi. O, artıq Azərbaycanda deyil və onun Azərbaycana qayıtması da gözlənilmir. Amma Rusiya tək İbrahəimbəyovla məhdudlaşmırdı ki?» Mənbəmiz bildirir ki, bu gün Rusiyaya bağlı separatçı meyilli təşkilatlar, həminin kosmopolit təfəkkürlü QHT-lər belə ciddi şəkildə fəallaşma təlimatı alıblar: «Onlar müxtəlif yollarla maliyyələşirlər. Məsələn, Gürcüstanın prezidenti Mixail Saakaşvili həmin qaynaqlardan birinin «Lukoyl» olduğunu açıqladı. Amma tək bununla da yetinmirlər və əlavə qaynaqlar da var və hətta hakimiyyət içindən də ciddi şəkildə dəstək alırlar». Mənbəmiz bildirdi ki, bu gün həmin təxribatçı qüvvələri maliyyələşdirən konkret məmurlar da var ki, rəsmi Bakının bütün bu baş verənlərə seyrçi qalaağı gözlənilən deyil. Geri qayıt |