Əsas Səhifə > Dünya > OBAMANIN TƏBRİKİ ERMƏNİSTANI QARIŞDIRDI
OBAMANIN TƏBRİKİ ERMƏNİSTANI QARIŞDIRDI5-03-2013, 09:22 |
ABŞ SƏFİRLİYİ QARŞISINDA AKSİYA Ermənistan müxalifəti Amerika Birləşmiş Ştatlarınına qarşı etiraz aksiyası keçirib. Buna səbəb isə, ABŞ prezidenti Barak Obamanın Ermənistan prezidenti Serj Sarkisyanı ikinci dönəmə prezident seçilməsi münasibətilə təbrik etməsi olub. Amerika səfirliyi qarşısında toplaşan fəallar "Obama kimi təbrik etməli olduğunu erməni xalqından soruşmalıdır", "Bizdən inanmağımızı istədiniz, lakin dəyişmədiniz" kimi şüarlarla çıxış ediblər. "İrs" partiyasından olan müxalifət lideri Raffi Hovanisyan isə, Amerika səfiri Con Hefernə yazdığı məktubunda prezident seçkilərinin saxtalaşdırıldığını və buna qarşı etirazların hələ ki, davam etdiyini bildirib. Onun sözlərinə görə, Obama Sarkisyanı təbrik etməklə seçkilərin nəticələrinin tanınmasına işarə etmək istəyir. Geri qayıt |