Əsas Səhifə > Sosial, Manşet > BƏLƏDİYYƏ SƏDRİ RÜŞVƏT İSTƏYİB
BƏLƏDİYYƏ SƏDRİ RÜŞVƏT İSTƏYİB28-11-2011, 15:01 |
KORRUPSİYA İLƏ BAĞLI YENİ HƏBS PLANLAŞDIRILIR DİA.AZ: - Bakıdakı bələdiyyələrdən birinin sədrindən baş prokurorluq yanında korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edilib. Bu barədə «Dünya» İnformasiya Agentliyiyi redaksiyasına (dia-az.life) hüquq-mühafizə orqanlarındakı mötəbər mənbələrdən məlumat daxil olub. Məlumatlı mənbənin bildirdiyinə görə, bu günlərdə bələdiyyə sədrlərindən biri vətəndaş Qorxmaz Salıyevdən (ad şərtidir, bu əməliyyatın hazırlanması ilə əlaqələndirilir) 5 min manat rüşvət tələb edib: «Artıq bununla bağlı KMİ tərəfindən əməliyyat hazırlanıb və bələdiyyə sədrinin həbsi planlaşdırılır». Mənbəmiz onu da bildirdi ki, oxşar şikayətlər üzrə bir neçə dövlət qurumunda da həbslər gerçəkləşdirilə bilər: «Sadəcə olaraq, bununla bağlı müvafiq dövlət qurumlarının icazəsi gözlənilir». Geri qayıt |