Əsas Səhifə > Güney Press, Üçüncü sektor > NAZİRLƏR KABİNETİ XƏSTƏLİKLƏR SİYAHISNI NİYƏ DƏYİŞDİRİB?

NAZİRLƏR KABİNETİ XƏSTƏLİKLƏR SİYAHISNI NİYƏ DƏYİŞDİRİB?


5-03-2013, 11:49
NAZİRLƏR KABİNETİ XƏSTƏLİKLƏR SİYAHISNI NİYƏ DƏYİŞDİRİB?
XARİCİLƏR XAHİŞ EDİB

Nazirlər Kabineti fevralın 27-də "Təhlükəli yoluxucu xəstəliklərin Siyahısı"na dəyişiklik edib və oradan hemorragik virus xəstəlikləri və sarı qızdırmanı çıxarıb.

Sonuncu dəfə dörd xəstəlikdən ibarət siyahı Nazirlər Kabinetinin 2011-ci il 30 iyun tarixli 105 nömrəli qərarı, Azərbaycan Respublikası Prezidentinin "İmmiqrasiya haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Fərmanı, "Miqrasiya idarəetmə sisteminin inkişafı” və "Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə" qanunlar əsasında müəyyən edilmişdi.

İndi siyahıda immunçatışmazlığı virusu infeksiyası və B və C hepatitləri qalıb.

Hökumətin bu qərarı ölkəyə müvəqqəti yaşamağa gələn əcnəbilərin xahişi ilə qəbul edilib, deyə Miqrasiya Xidmətində Turan-a bildiriblər. Müraciət edənlər hemorragik virus xəstəliklərinin olmaması barədə arayış təqdim etməyin çətinliyindən şikayət ediblər.

Hemorragik virus xəstəlikləri və sarı qızdırmanın siyahıdan çıxarılmasının mümkünlüyü Səhiyyə Nazirliyinin ölkə ərazisində bu xəstəliklərin olmaması barədə rəyi ilə təsdiqlənib.

Bu xəstəliklər Afrika və Latın Amerikasında yayılıb.

İÇV-yə gəlincə, 1987-ci ildən 2012-ci ilin dekabrına kimi Azərbaycanda rəsmi uçota 3720 İVÇ daşıyıcısı və QİÇS-li xəstə qeydə alınıb. Bunun 3 593-ü Azərbaycan vətəndaşı, 127-si əcnəbidir. İÇV-lilərin 2 879-u kişi, 714-ü qadındır.

Hepatit C xəstəliiyi olanların sayı məlum deyil. O məlumdur ki, İÇV-yə yoluxanların 62,4%-də hepatit C aşkarlanıb.

Geri qayıt