Əsas Səhifə > Partiya > RAZİ NURULLAYEV GÖRÜŞ KEÇİRİB
RAZİ NURULLAYEV GÖRÜŞ KEÇİRİB5-03-2013, 12:42 |
AXCP ÜZVLƏRİNƏ TƏZYİQLƏR MÜZAKİRƏ OLUNUB AXCP sədrinin müavini Razi Nurullayev Avropa Komissiyasının Azərbaycan nümayəndəliyində görüş keçirib. R. Nurullayev APA-ya açıqlamasında nümayəndəliyin siyasi, iqtisadiyyat, mətbuat və informasiya şöbəsinin rəhbəri Toralf Pilts və siyasi məsləhətçisi Naftanaila Ovidiu-Viorel Liudas ilə görüşdüyünü söyləyib. Görüşdə ölkədə mövcud ictimai-siyasi durum, 2013-cü il seçki öncəsi vəziyyət, son zamanlar müxalifət partiyalarına, xüsusən AXCP üzvlərinə olan təzyiqlər, cərimələrin artırılmasından sonra yaranan çətinliklər müzakirə edilib. Görüşdə qarşılıqlı maraq kəsb edən digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb. Geri qayıt |