Əsas Səhifə > Güney Press, Üçüncü sektor > SUMQAYIT NOTARİUSU DA ORTAYA İDDİALARINI QOYDU

SUMQAYIT NOTARİUSU DA ORTAYA İDDİALARINI QOYDU


6-03-2013, 08:44
SUMQAYIT NOTARİUSU DA ORTAYA İDDİALARINI QOYDU
“BU QADIN HAY-KÜY SALMAĞA HAZIRDIR”

DİA.AZ: - Bu günlərdə Sumqayıt notariusu ilə bağlı bir şikayət məktubu daxil olmuşdu. Bu yazı ilə əlaqədar olaraq qarşı tərəf kimi Sumqayıt şəhəri 1 saylı notariat kontorunun notariusu Əbülfəz Bünyadov mövqeyini yollayıb.

DİA.AZ-a daxil olan müraciətdə yazıda qarşı tərəfin iddia etdiklərinin həqiqətə uyğun olmadığını bildirən Əbülfəz Bünyadov daha sonar yazır: “Yazıda guya mənim tərəfimdən sənədləri saxtalaşdırmaqla etibarnamə verilməsi, vətəndaşların iştirakı olmadan sənədlərin rəsmiləşdirilməsi barədə yayılan məlumatların heç bir əsası yoxdur.

Yazılarda adı çəkilməyən Minəxanım adlı qadın 2009-cu ildə avtomobilə dair etibarnaməni şəxsən özü imzalamışdır. Bir müddət sonra biznes ortağı Mais Bayramovla münasibətləri pozulmuş, ona qarşı müxtəlif iddialarla çıxış etmiş, hüquq mühafizə orqanlarına dəfələrlə müraciət etmişdir. Banklara külli miqdarda borcu olan bu qadın istənilən şəxsi şərləməyə və yersiz hay-küy salmağa hazırdır.

Yazıda qeyd olunan məsələlərlə bağlı hüquq mühafizə orqanlarında dəfələrlə araşdırma aparılmış, heç bir hüquq pozuntusu aşkar edilmədiyindənvə şikayətlər rədd edilmişdir. Çünki, rəsmiləşdirilən etibarnamə şəxsən Minəxanım tərəfindən imzalanmış və o imzanın ona məxsus olmasını öz xətti ilə təsdiq etmişdir”.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq…

Geri qayıt