Əsas Səhifə > Dünya > OBAMA ÇAVESİN ÖLÜMÜNƏ SEVİNİR?
OBAMA ÇAVESİN ÖLÜMÜNƏ SEVİNİR?6-03-2013, 08:57 |
ABŞ PREZİDENTİ BAŞSAĞLIĞI VERMƏDİ Venesuela “tarixində yeni fəsil başlayır”. APA-nın "İTAR-TASS"a istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Barak Obama martın 5-də venesuelalı həmkarı Uqo Çavesin ölümünə münasibət bildirərkən qeyd edib. “Prezident Uqo Çavesin ölümü ilə əlaqədar bu ağır vaxtda ABŞ Venesuela xalqına öz dəstəyini təsdiqləyir”, deyə o qeyd edib. Obama “Vaşinqtonun Venesuela hökuməti ilə konstruktiv münasibətlərin olmasında maraqlı olduğunu” qeyd edib. “Venesuela tarixində yeni fəsil başladığına görə, ABŞ demokratik prinsiplərin, qanunun aliliyin və insan hüquqlarına hörmətin irəliləyişinə sadiq olduğunu bir daha təsdiqləyir”, deyə o qeyd edib. Qeyd edək ki, Barak Obama nitqində Uqo Çavesin ölümü ilə bağlı başsağlığı ifadə olunmayıb Geri qayıt |