Əsas Səhifə > Sosial, Manşet > NAZİR İCRA BAŞÇISINDAN PULUNU TƏLƏB EDİR

NAZİR İCRA BAŞÇISINDAN PULUNU TƏLƏB EDİR


6-03-2013, 10:11
NAZİR İCRA BAŞÇISINDAN PULUNU TƏLƏB EDİR
RAZİM MƏMMƏDOV «GEN» MMC QALMAQALI ZAMANI FHN ŞEFİNƏ BORCLANIB

DİA.AZ: - Adı icra başçılarının gözlənilən növbəti ələmə prosesində «vurulacaqlar siyahısı»nda hallandırılan Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədovun da qara günləri uzaqda deyil. DİA.AZ-a Nazirlər Kabinetindəki məlumatlı mənbənin verdiyi informasiyalardan aydın olur ki, icra başçısı postunu tutmaqla yanaşı, həm də inşaat biznesində ciddi mövqe sahibi olan Razim Məmmədova əsas zərbə də elə qeyd olunan istiqamətdən gələ bilər.

Xatırladaq ki, bir zamanlar adı onlarla vətəndaşın pulunu mənimsəyən «GEN» MMC-nin fırıldaqçı rəhbərliyinin şəriki kimi çəkilən Razim Məmmədov həmin dönəmdə bu ittihamlara reaksiya verməsə də, onun çox böyük çətinliklə vəziyyətdən çıxdığı da söylənilirdi.

Məlumatı verən mənbə iddia edir ki, amma maraqlı qüvvələr var və həmin dairələr gediş ərəfəsində olan Razim Məmmədovla həm də pul haqq-hesabını çürütməyi də qət ediblər: «Razim Məmmədov əslində «GEN» MMC-də ortaq idi və o da həbs olunan şəxslərlə birgə vətəndaşların pulunu mənimsəmişdi. Proses böyüdükdən sonra isə birbaşa olaraq prezident tərəfindən narazı vətəndaşların problemlərinin həll edilməsi üçün göstəriş verildi. Amma bu zaman da Razim Məmmədov kənarda qaldı və vətəndaşlardan fırıldaq yolu ilə alınan pulları bu işə təhkim olunmuş fövqəladə hallar naziri Kəmaləddin Heydərov ödəməli oldu».

İndi də məhz FHN şefi tərəfindən hədəfə çevrilən mənbəmiz bildirir ki, nazir gediş ərəfəsində olan icra başçısından onun ödəməli olan pulları tələb edir: «Söhbət təxminən 2 milyon manatdan gedir».

Geri qayıt