Əsas Səhifə > Partiya > KXCP-DƏN GƏNCLƏRİN AKSİYASINA DƏSTƏK GƏLDİ
KXCP-DƏN GƏNCLƏRİN AKSİYASINA DƏSTƏK GƏLDİ6-03-2013, 12:33 |
PARTİYA BU BARƏDƏ QƏRAR VERİB DİA.AZ: - Klassik Xalq Cəbhəsi Partiyası (KXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. Partiyadan DİA.AZ-a daxil olan məlumatda deyilir ki, idarə Heyətinin (İH) iclasında qərarların icra vəziyyəti, ölkədəki ictimai-siyasi durum və qarşıda duran vəzifələr müzakirə olunub. Müzakirə olunan məsələlərlə bağlı müvafiq qərarlar qəbul edilib. Qərarların icrası ilə bağlı müzakirələr zamanı deyilənlər nəzərə alınıb. Toplantıda Gürcüstan prezidenti M. Saakaşvilinin Azərbaycan səfərinin yekunlarına aid mətbuat açıqlamaasına münasibət bildirilib. KXCP İH bu açıqlamaya bəzi partiya funksionerlərinin və dövlət məmurlarının münasibətlərini reallığa uyğun hesab etmir, Azərbaycan-Gürcüstanın müttəfiqliyinə qarşı təhdidlərin, təhlükələrin adekvat cavabının ölkə daxili və beynəlxalq güclərin birgə səylərində, işbiriliyində olduğunu bir daha diqqətə çatdırır. İH iclasında 10 martda gənclərin keçirəcəyi “Əsgər ölümlərinə son qoyulsun!” adlı etiraz aksiyasını dəstəkləmək haqda qərar qəbul edilib. KXCP İH - Azərbaycan mediasına qarşı hücumları pisləyir. “Gündəm-xəbər” qəzetinə qarşı qaldırılmış məhkəmə iddiasını tənqidə dözümlülük, azad mətbuatın məhkəmələr yolu ilə susdurulması kimi qiymətləndirir. Mediaya qarşı hücum kampaniyasının dayandırılmasını tələb edir. KXCP İH – Fransa parlamentində baş verən zorakılığı pisləyir, parlamentdə fiziki və mənəvi ziyan çəkmiş soydaşlarımıza qarşı hərəkəti demokratiyaya, insan haqlarına qarşı kobud, rüsvayçı, barbar və bağışlanmaz hərəkət hesab edir. Özlərini “demokratiyanın qarantı”, ölkələrini isə “demokratiyanın beşiyi” adlandıranların mahiyyəti budur. Maraqlıdır Avropada, Fransada müzeylərdə təmir işləri aparan Heydər Əliyev Fondunun bu məsələdə səsi çıxmadı... KXCP İH toplantısında – dövlət büdcəsinin talan edilməsi, ayrılmaların göyə sovrulması, körpülərin dağılması, Binəqədi rayonu ərazisində, Abçeron yarımadasında süni “dolma təpələrin” yaradılması, təbii təpələrin dağıdaraq yerində yanacaq doldurma məntəqələrinin tikilməsi, Bakıda hərəkətin mümkünsüzlüyü, süni tıxacların yaradılması müzakirə edilib və müvafiq qərarlar qəbul olunub. İH – seçkilərə hazırlığın vəziyyətinə həsr olunmuş KXCP rayon/şəhər şöbələri məclislərinin keçirilməsi haqda qərar qəbul edib. Geri qayıt |